XidmətVüsalə Rüstəmova · 09.10.2026

Histerektomiya — uşaqlığın çıxarılması | Dr. Rüstəmova

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: ginekoloqvusala.az/xidmetler/ginekoloji-cerrahiyye/histerektomiya/

Növləri (ümumi məlumat)

Total histerektomiya — uşaqlıq və uşaqlıq boynu çıxarılır. Supravaginal amputasiya (subtotal histerektomiya) — uşaqlıq boynu saxlanılır. Artımlarla birgə — yumurtalıqlar və uşaqlıq boruları da götürülür. «TAH+BSO» qısaltması uşaqlığın qarın yolu ilə tam çıxarılmasını və hər iki tərəfdə artımların götürülməsini bildirir. Yanaşma: açıq, laparoskopik və ya vaginal — xəstəliyin növünə və uşaqlığın ölçüsünə görə seçilir.

Nə vaxt lazım ola bilər?

Digər üsullara cavab verməyən təkrarlanan ağır uşaqlıq qanaxması Residiv verən endometrium polipi və endometrium hiperplaziyası, xüsusilə atipiya olduqda Şikayət yaradan böyük miomalar, orqanqoruyucu əməliyyat mümkün olmadıqda Uşaqlığın sallanmasının bəzi formaları Onkoloji xəstəliklər (onkoloq-ginekoloqla birgə)

Yumurtalıqlar götürüldükdə: cərrahi menopauza

Menopauzadan əvvəl hər iki yumurtalıq götürüldükdə qadında birdən menopauza əlamətləri yarana bilər. Belə hallarda hormonal və qeyri-hormonal müalicə variantları əməliyyatdan əvvəl və sonra müzakirə olunur. Dr. Rüstəmova «Cərrahi menopauzanın optimal müalicəsi» mövzusunda konfransda iştirak edib.

Bərpa

Erkən hərəkət, yara qulluğu, ağır yük qaldırmamaq və cinsi həyata qayıtma vaxtı çıxarışda fərdi göstərilir; götürülən toxumanın histoloji cavabı nəzarət qəbulunda müzakirə olunur.

Tez-tez verilən suallar

Uşaqlıq çıxarıldıqdan sonra aybaşı olurmu? Xeyr, uşaqlıq çıxarıldıqdan sonra aybaşı olmur. Yumurtalıqlar saxlanılıbsa, hormon funksiyası davam edir. Uşaqlığın çıxarılması cinsi həyata təsir edirmi? Bərpadan sonra əksər qadınlar adi cinsi həyata qayıdır; fərdi suallar qəbulda müzakirə olunur. Əməliyyatdan əvvəl qan azlığım var. Nə olacaq? Ağır anemiya əməliyyatdan əvvəl düzəldilir; həkimin təcrübəsində belə hallarda əməliyyatdan əvvəl qan köçürülüb. Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.