MəqaləXatirə Aslanova · 12.10.2026
CRP və EÇS: fərqi nədir, nə göstərir?
CRP və EÇS iltihabı göstərən analizlərdir, lakin fərqli məlumat verir. CRP iltihab başlayan kimi sürətlə yüksəlir və “hazırda nə baş verir?” sualına cavab verir. EÇS gec yüksəlir və gec normallaşır, daha çox uzun sürən proseslər barədə fikir verir. Heç biri tək başına diaqnoz qoymur. EÇS (eritrositlərin çökmə sürəti) Qaraciyərin iltihaba cavab olaraq hazırladığı zülal Eritrositlərin çökmə sürəti, iltihabı dolayı yolla əks etdirir İltihab başlayan kimi sürətlə yüksəlir Gec yüksəlir, gec normallaşır Kəskin infeksiyalar, bakterial proseslər, ani iltihab Son dövrdə keçirilmiş və ya xroniki proseslər Vacib məqam: bu analizlər diaqnoz qoymur, yalnız orqanizmdə iltihabın olub-olmadığını göstərir. Səbəbi anlamaq üçün klinik vəziyyət və digər müayinələr mütləq nəzərə alınmalıdır.
Video
Parasitus klinikasının laboratoriyasında infeksion və parazitar analizlər 1 iyun 2026 · 1 dəq 18 san Video YouTube-da, yeni pəncərədə açılır.