MəqaləXatirə Aslanova · 12.10.2026

Qurd xəstəliklərinin əlamətləri: uşaqlarda və böyüklərdə

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: infeksionxestelikler.az/meqaleler/qurd-xestelikleri-elametleri/

Qurd xəstəlikləri xüsusilə uşaqlarda tez-tez rast gəlinir. Ən çox qarın ağrısı, iştahın dəyişməsi, yorğunluq, yuxu pozğunluğu, gecə qaşınma, çəki itkisi və dəri problemləri ilə özünü göstərir. Bu əlamətlər başqa xəstəliklərdə də olur, ona görə diaqnoz və müalicə yalnız analizdən sonra təyin edilir. Klassik əlamətlər: qarın ağrısı; iştahın azalması və ya artması; yorğunluq və halsızlıq; yuxu pozğunluğu; gecələr anal nahiyədə qaşınma; çəki itkisi; köp; ürəkbulanma və həzm problemləri; iş qabiliyyətinin zəifləməsi; allergik reaksiyalar; dəri problemləri. Nə etməli? Belə əlamətlər varsa, həkimə müraciət edin. Düzgün diaqnoz və uyğun müalicə yalnız analizlərdən sonra mümkündür. Analizsiz, özbaşına içilən dərman çox vaxt effekt vermir və diaqnozu gecikdirir. askaridlər — uzun qurdlar; qıl qurdları (ostritsalar) — xırda ağ qurdlar; teniyalar — lent qurdları.

Lyambliya qurd deyil, mikroskopik ibtidai parazitdir. Ancaq bağırsaq parazitləri sırasında tez-tez xatırlanır.

Video

Mədə bulantısı və qarın ağrısının gizli səbəbi: bağırsaq qurdları və parazitlər 1 iyun 2026 · 1 dəq 28 san Video YouTube-da, yeni pəncərədə açılır.