Xəstəlik haqqındaXatirə Aslanova · 12.10.2026
Dəri infeksiyaları: leyşmanioz, qızılyel, dəmrov, qoturluq
Dəridə səpgi, yara, qızartı və qaşınmanın səbəbi infeksiya da ola bilər, infeksion olmayan xəstəliklər də. İnfeksionist leyşmanioz, qızılyel, kəmərləyici dəmrov və qoturluq kimi yoluxucu dəri xəstəliklərini müəyyənləşdirir. Lazım olduqda müalicə dermatoloqla birgə aparılır. Dəri leyşmaniozu — qum milçəyinin dişlədiyi yerdə uzun sürən yara. Leyşmanioz Qızılyel (erizipela) — streptokokların törətdiyi kəskin dəri infeksiyası. Yüksək qızdırma ilə başlayır, dəridə sərhədləri aydın görünən qırmızı, isti, ağrılı sahə yaranır. Çox vaxt ayaqda və ya üzdə olur. Antibiotik müalicəsi tələb edir, vaxtında müraciət vacibdir. Kəmərləyici dəmrov — bədənin bir tərəfində zolaq şəklində ağrılı qabarcıqlı səpgi. Tənəffüs yolu infeksiyaları Qoturluq — gecə güclənən qaşınma və qoşa səpgilər. Qoturluq
Seborreik dermatit — yoluxucu deyil. Baş dərisi, üz, qulaq ətrafı və sinədə qızartı və inadkar kəpəklə gedən iltihabi dəri xəstəliyidir. Soyuq, quru hava və stress kəskinləşdirir.
Dr. Aslanovanın bu sahədəki fəaliyyəti
V.Y.Axundov adına ETTPİ-də dəri vasitəsilə ötürülən yoluxucu xəstəliklər üzrə iş “Dəri leyşmaniozunun klinik diaqnostikası və müalicəsi” məruzəsi (2023)