Xəstəlik haqqındaXatirə Aslanova · 12.10.2026
Leyşmanioz: dəri və visseral forma, diaqnostika
Leyşmanioz nədir?
Leyşmanioz Leishmania parazitlərinin törətdiyi, qum milçəklərinin (flebotomların) dişləməsi ilə keçən xəstəlikdir. Dəri formasında dişləmə yerində uzun sürən yara əmələ gəlir. Visseral forma daxili orqanları zədələyir və müalicəsiz ağır gedir. Diaqnoz laborator müayinə ilə təsdiqlənir. Dişləmə yerində əvvəlcə qızartı və düyüncük, sonra xora əmələ gəlir, aylarla davam edə və çapıq qoya bilər. Uzunmüddətli qızdırma, arıqlama, dalağın və qaraciyərin böyüməsi, qanazlığı. Ağır formadır, adətən ixtisaslaşmış stasionar müalicə tələb edir. Dəri formasında yaradan götürülən yaxmanın mikroskopiyası, lazım olduqda kultura və ya PZR. Visseral formada seroloji testlər və sümük iliyi və ya digər toxumanın müayinəsi. Qum milçəklərinin aktiv olduğu axşam və gecə saatlarında qorunma (pəncərə toru, repellentlər, bağlı geyim).
Dr. Aslanovanın bu sahədəki fəaliyyəti
12.07.2023 — ETTPİ-nin “Leyşmaniozun epidemiologiyası, diaqnostikası, müalicəsi və profilaktikası” təlimində “Dəri leyşmaniozunun klinik diaqnostikası və müalicəsi” məruzəsi İyul 2023 — İsmayıllı və Qəbələ rayonlarında leyşmaniozların qeydiyyatı, diaqnostikası və profilaktikası üzrə elmi seminarlar (ETTPİ heyəti ilə) Klinik hallar: dəri leyşmaniozu, uşaqda visseral leyşmanioz