Xəstəlik haqqındaXatirə Aslanova · 12.10.2026
Limfa düyünü şişməsi: səbəbləri, nə vaxt həkimə?
Limfa düyünləri niyə böyüyür?
Limfa düyünləri orqanizmin müdafiə sisteminin bir hissəsidir və yad maddələri tanıyır. İnsanda təxminən 600 limfa düyünü var. Onların böyüməsinin ən çox səbəbi infeksion və iltihabi reaksiyalardır. Qeyri-infeksion səbəblər də ola bilər, onkoloji xəstəliklər isə nisbətən az rast gəlinir. Uzun sürən böyümə həkim müayinəsi tələb edir.
Harada yerləşir?
Qulaq önü və arxası, boyunun ön və arxa nahiyəsi, çənəaltı, körpücük sümüyünün üstü, qoltuqaltı, dirsək və diz ətrafı, qasıq.
Səbəblər
İnfeksion və iltihabi reaksiyalar (ən çox): virus infeksiyaları, bakterial infeksiyalar, toksoplazmoz, pişik cırmağı xəstəliyi və s. Onkoloji xəstəliklər (nisbətən az)
Hansı hallarda tez həkimə müraciət etməli?
Böyümə 2–4 həftədən çox davam edirsə Düyün bərk, ağrısız və ətraf toxumalara bitişikdirsə Körpücük sümüyünün üstündə böyümə varsa Yanaşı uzun sürən qızdırma, gecə tərləməsi, səbəbsiz arıqlama varsa İnfeksionist böyümənin infeksion səbəblərini araşdırır, lazım olduqda digər mütəxəssislərə yönləndirir.
Dr. Aslanovanın bu sahədəki fəaliyyəti
Limfa düyünlərinin iltihabı Dr. Aslanovanın fəaliyyət sahələrinə daxildir.