Xəstəlik haqqındaXatirə Aslanova · 12.10.2026
Virus hepatitləri A, B, C, D, E: analiz və müalicə
Virus hepatiti nədir?
Virus hepatiti qaraciyərin viruslarla törənən iltihabıdır. Hepatit A və E çirkli qida və su ilə keçir, adətən kəskin gedir. Hepatit B, C və D qan yolu ilə, cinsi əlaqə zamanı və ya anadan uşağa keçir. Bu növlər xroniki formaya keçərək illərlə əlamətsiz qala bilər.
Növlərin müqayisəsi
Çirkli qida və su Kəskin, xroniki formaya keçmir Qan (steril olmayan alətlər, qan köçürmə), cinsi əlaqə, doğuş zamanı anadan uşağa, ülgüc və diş fırçası kimi şəxsi əşyalar Kəskin və ya xroniki HBsAg, anti-HBc, HBV DNT (PZR) Qan yolu ilə, daha az hallarda cinsi əlaqə zamanı anti-HCV, HCV RNT (PZR) Yalnız hepatit B virusu ilə birlikdə Hepatit B peyvəndi qoruyur Çirkli su və qida Adətən kəskin. Hamiləlikdə ağır ola bilər Geniş istifadə olunan peyvənd yoxdur
Əlamətlər
Xroniki hepatit B və C çox vaxt uzun müddət heç bir əlamət vermir. Kəskin hepatitdə və ya xəstəlik irəlilədikdə halsızlıq, iştahsızlıq, ürəkbulanma, qarnın sağ yuxarı hissəsində ağırlıq, dərinin və göz ağının saralması, tünd sidik, açıq rəngli nəcis müşahidə oluna bilər.
Diaqnostika
Hepatit markerləri (HBsAg, anti-HCV və s.) Virusun miqdarının PZR ilə təyini (HBV DNT, HCV RNT) Qaraciyər testləri (ALT, AST, bilirubin və s.) Qaraciyərin vəziyyətinin qiymətləndirilməsi üçün USM və digər müayinələr ALT və AST-nin yüksəlməsi qaraciyər hüceyrələrinin zədələnməsinə işarə edir. Səbəb və zədələnmənin dərəcəsi əlavə müayinələrlə aydınlaşdırılır.
Müalicə
Hepatit A və E adətən özü keçir, dəstəkləyici müalicə və həkim nəzarəti tələb olunur. Hepatit C — birbaşa təsirli antiviral preparatlarla (DAA) müalicə adətən 8–12 həftə çəkir və xəstələrin böyük əksəriyyətində virusun tam aradan qalxması ilə nəticələnir. Hepatit B — müasir antiviral müalicə virusun aktivliyini boğur, sirroz və qaraciyər xərçəngi riskini azaldır. Xroniki hepatit B-də tam sağalma nadirdir, müalicə və müşahidə adətən uzunmüddətli olur. Hepatit D daha ağır gedir, ixtisaslaşmış yanaşma tələb edir. Müalicə planı hər xəstə üçün fərdi qurulur. Vaxtında diaqnoz və düzgün müalicə sirroz və qaraciyər xərçəngi kimi ağırlaşmaların qarşısını almağa kömək edir.
Profilaktika
Peyvənd: Hepatit A və B-yə qarşı peyvənd ən effektiv qorunma yoludur. Parasitus Medical Center-də Hepatit B peyvəndi vurulur. Gigiyena: əlləri tez-tez yumaq, təmiz qida və su. Steril alətlər: stomatoloq, manikür, bərbər və döymə salonu seçərkən sterilizasiya qaydalarına diqqət edin. Ülgüc, diş fırçası kimi şəxsi əşyaları paylaşmayın.
Dr. Aslanovanın bu sahədəki fəaliyyəti
Virus hepatitləri (A, B, C, D) Dr. Aslanovanın əsas fəaliyyət sahələrindəndir. Klinikada hepatitlərin diaqnostikası, müalicəsi və Hepatit B peyvəndi aparılır AQHİB-in “Qeyri-hepatotrop virus faktorlardan əmələ gələn qaraciyər zədələnmələri” tədris kursu (2019) Ankara Gazi Universitetinin İnfeksion xəstəliklər və klinik mikrobiologiya kafedrasında təcrübə (2010)