MəqaləMədinə Dilbazi

Diabet mifləri: insulin, dərmanlar, meyvə və pəhriz haqqında həqiqətlər | Dr. Mədinə Dilbazi

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: endokrinoloqdilbazi.az/bloq/diabet-mifleri/

İnsulin orqanizmin həyati hormonudur, asılılıq yaratmır. Tip 1 diabetdə ömür boyu lazımdır; tip 2 diabetdə bəzən müvəqqəti, bəzən daimi istifadə olunur. "İnsulinə başlayan bir daha buraxa bilməz." Yeni aşkarlanmış və şəkəri çox yüksək olan bəzi pasiyentlərdə insulinlə başlanır, sonra pəhriz və həyat tərzi dəyişikliyi ilə şəkər tənzimləndikdə insulin dayandırılıb həblərlə davam etmək mümkün ola bilər. Bu qərarı yalnız həkim verir — insulini özbaşına kəsmək təhlükəlidir. "İnsulin nə qədər gec başlansa, o qədər yaxşıdır." Göstəriş olduqda insulinin gecikdirilməsi ağırlaşmaların riskini artırır. "İnsulin böyrəyi çürüdür." / "Şəkər dərmanları böyrəyi çürüdür." Böyrəyi zədələyən nəzarətsiz yüksək şəkərdir. Dərmanlar böyrək funksiyasına uyğun seçilir; bəzi müasir dərmanlar böyrəyi qoruyur. "Dərman qəbul etmək qaraciyəri məhv edir."

Həkim nəzarətində düzgün seçilmiş dərmanlar təhlükəsiz istifadə olunur; nəzarətsiz diabet isə qaraciyərin yağlanmasını sürətləndirir. "Şəkərim yüksəkdir, amma özümü yaxşı hiss edirəm — demək, zərəri yoxdur." Yüksək şəkər illərlə hiss etdirmədən göz, böyrək, sinir və damarları zədələyir. "Pəhriz və idmanla diabeti 'yox edərəm', sonra normal həyata qayıdaram." Həyat tərzi müalicənin əsasıdır və bəzən remissiya mümkündür, lakin bu, ömürlük vərdiş və izləmə tələb edir. "Sağlam qidalanma həyat tərzidir." "Məndə yaşlılıq şəkəridir, zərərli deyil." Hər yaşda diabet eyni ağırlaşmaları verə bilər; müalicə yaşa görə fərdiləşdirilir, amma laqeydlik doğru deyil. "Dərman içirəmsə, istədiyimi yeyə bilərəm." Pəhriz qan şəkərinin "oynamasının" qarşısını alır və daha az dərmanla nəzarət imkanı verir. "Çox şəkər yemək diabet yaradır."

Tip 1 diabet şəkərdən yaranmır. Tip 2 diabetin əsas risk faktoru artıq çəki və hərəkətsizlikdir; şəkərli içkilərin çox istehlakı çəki və insulin rezistentliyi vasitəsilə riski artırır. "Qreçka (qarabaşaq) şəkəri qaldırmır." Qarabaşağın karbohidrat dəyəri düyüdən çox az fərqlənir; boşqabın dörddə birindən çox olmamalıdır. "Nar suyu diabetə faydalıdır." Meyvə şirələri qan şəkərini ən sürətlə qaldıran içkilərdəndir; yalnız hipoqlikemiya zamanı şəkəri qaldırmaq üçün istifadə olunur. "Meyvə istədiyin qədər yeyilə bilər." Meyvə təbii şəkər mənbəyidir: diabetdə və artıq çəkidə gündə təxminən 2–3 ovuc kifayətdir; yemiş, əncir, üzüm, banan, armudla daha ehtiyatlı olmaq lazımdır. "Yumurta təzyiqimi və şəkərimi qaldırır."

Yemək yedikdən sonra təzyiqin bir qədər yüksəlməsi təbiidir və yumurta ilə bağlı deyil. Şəkəri qaldıran yumurtanın yanında yeyilən çörək və digər karbohidratlardır; yumurta zülal mənbəyidir. "Diabetdə 'sistem' (damcı) köçürmək müalicədir." Venadaxili damcılar diabetin gündəlik müalicəsi deyil; yalnız konkret klinik vəziyyətlərdə xəstəxana şəraitində istifadə olunur. İnternetdə satılan tərkibi bəlli olmayan həb və damcılardan uzaq durun. «Hər şey yeyəcəyik — diabetlə barışaraq, onu yönləndirərək, porsiyalara və miqdara nəzarət edərək.»

Ramazanda diabet və tiroid dərmanları

Diabetlisinizsə və oruc tutmaq niyyətiniz varsa, bu qərarı Ramazandan əvvəl həkiminizlə müzakirə edin.

Diabetik ayaq: hər axşam 5 dəqiqəlik yoxlama

Diabet sinirləri zədələyərək ayaqlarda hissiyatı azaldır; bəzən pasiyent ayağındakı yaradan xəbərsiz olur və o, gec aşkarlanır.