MəqaləMədinə Dilbazi

Levotiroksin necə içilir: vaxt, qarşılıqlı təsirlər, nəzarət | Dr. Mədinə Dilbazi

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: endokrinoloqdilbazi.az/bloq/levotiroksin-nece-qebul-edilir/

Əsas qaydalar

Səhər ac qarına: səhər yeməyindən ən azı 30–60 dəqiqə əvvəl, bir stəkan su ilə. Hər gün eyni vaxtda. Alternativ: səhər mümkün deyilsə, gecə yatmazdan əvvəl, son yeməkdən ən azı 3 saat sonra — bu rejimi həkimlə razılaşdırın. Tableti necə içməli: həkim başqa cür demirsə, tablet bütöv, ayrıca su ilə içilir. Qarşılıqlı təsirlər: kalsium, dəmir preparatları, antasidlər və mədə turşuluğunu azaldan dərmanlar levotiroksinin sovrulmasını azaldır — arada təxminən 4 saat interval saxlayın. Mədə qoruyucu dərman da qəbul edirsinizsə, hər iki həkiminizə bildirin; çox vaxt levotiroksin səhər, mədə dərmanı isə axşam yeməyindən əvvəl təyin olunur. Kontrol: doza dəyişdikdən 4–6 həftə sonra TSH; doza sabitləşdikdən sonra Dr. Dilbazi TSH və sərbəst T4-ü ən gec 6 ayda bir yoxlatdırmağı tövsiyə edir. Özbaşına dəyişiklik yox: dərmanı dayandırmayın, dozanı dəyişməyin, preparatın növünü həkimsiz dəyişməyin.

TSH niyə dəyişir?

TSH-a dərmanın yeməkdən nə qədər əvvəl içilməsi, birlikdə qəbul olunan dərmanlar, çəki dəyişikliyi, yanaşı xəstəliklər və hamiləlik təsir edir; normal diapazon daxilində də sabit qalmır. Bir analizdəki kiçik dəyişiklik avtomatik doza dəyişikliyi demək deyil.

Həddindən artıq doza nə ilə nəticələnir?

Kontrol vaxtında aparılmadıqda doza ehtiyacdan çox qala bilər — xüsusən doğuşdan sonra və ya çəki azaldıqdan sonra. Ürəkdöyünmə, boğulma hissi, arıqlama, tərləmə, titrəmə, halsızlıq dərmana bağlı tireotoksikozun əlamətləri ola bilər. Uzunmüddətli həddindən artıq doza sümük əriməsi riskini artırır; normal hormon səviyyəsində isə tiroid dərmanı osteoporoza səbəb olmur.

Ramazanda diabet və tiroid dərmanları

Diabetlisinizsə və oruc tutmaq niyyətiniz varsa, bu qərarı Ramazandan əvvəl həkiminizlə müzakirə edin.

Tiroid düyünü aşkarlandı: nə etməli?

Gündəlik praktikada ən çox rast gəlinən pasiyent qruplarından biri tiroid düyünü aşkarlanan, kiminsə biopsiya, kiminsə əməliyyat, kiminsə yalnız…

Hamiləlik planlayırsınız? Qalxanabənzər vəzi yoxladın

Ananın tiroid hormonları körpənin inkişafı, xüsusən ilk həftələrdə beyninin formalaşması üçün vacibdir.