MəqaləMədinə Dilbazi

Osteoporoz: risk faktorları və nə vaxt yoxlanmalı | Dr. Mədinə Dilbazi

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: endokrinoloqdilbazi.az/bloq/osteoporoz-risk-faktorlari/

"Qocalıqdan beli bükülüb"

Yaşlı insanlarda belin bükülməsi və boyun qısalması çox vaxt "qocalıq" kimi qəbul edilir, amma səbəb əksər hallarda osteoporozdur. Beynəlxalq Osteoporoz Fondunun məlumatına görə 50 yaşdan yuxarı hər üç qadından biri həyatı boyu osteoporotik sınıq keçirir. Bud sümüyü boynunun sınığı yaşlı insanı uzun müddət yatağa bağlaya bilər. Vaxtında müdaxilə edilsə, analarımızın və nənələrimizin həyatlarının son illərini yataqda keçirməsinin qarşısını almaq mümkündür.

Risk faktorları

Qadın cinsi, erkən menopauza, 50 yaşdan yuxarı olmaq, ailədə sınıq, uzunmüddətli steroid dərmanı qəbulu, yetərsiz D vitamini və kalsium, hərəkətsizlik, siqaret və alkoqol, aşağı çəki, hipertireoz, tiroid hormonunun həddindən artıq dozası, hiperparatireoz.

Nə etməli?

Klimaks dövründə hər qadın osteoporoz riskinə görə dəyərləndirilməlidir. 50 yaşdan sonra endokrinoloq müayinəsi və göstəriş olduqda sümük densitometriyası (DXA). Kalsium və D vitamini çatışmazlığının aradan qaldırılması, müqavimət və tarazlıq məşqləri, yıxılmaların qarşısının alınması. Göstəriş olduqda sümük itkisini dayandıran və ya sümük əmələgəlməsini artıran dərmanlar.

D vitamini: günəş, analiz və nəzarətsiz ampullar

D vitamininin əsas hissəsi günəş şüalarının təsiri ilə dəridə əmələ gəlir.