MəqaləMədinə Dilbazi

Prolaktin yüksəkdir: nə vaxt narahat olmalı? | Dr. Mədinə Dilbazi

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: endokrinoloqdilbazi.az/bloq/prolaktin-yuksekliyi/

Prolaktin analizinin nəticəsində "yüksək" sözünü görən bir çox insan dərhal hipofiz şişindən qorxur. Halbuki prolaktin bir çox səbəbdən yüksələ bilər. Prolaktini nə vaxt yoxlatmaq lazımdır? Aybaşı sikli pozulubsa; sonsuzluq varsa; süd vəzilərindən süd ifrazı (laktasiyadan kənar) varsa; səbəbsiz çəki artımı varsa; üzdə, qarında, ətraflarda artıq tüklənmə varsa; kişilərdə cinsi istək azalıbsa; MRT-də hipofiz nahiyəsində törəmə aşkarlanıbsa. Şikayətiniz yoxdursa, aybaşı sikliniz düzgündürsə və sonsuzluq problemi yoxdursa, prolaktin analizi vermək lazım deyil. Prolaktini artıran səbəblər: hamiləlik və əmizdirmə; bəzi dərmanlar (antidepressantlar, antipsixotiklər, oral kontraseptivlər, ürəkbulanma əleyhinə dərmanlar və s.); hipotireoz; stress (o cümlədən qanalma anındakı gərginlik); ağır idman; prolaktinin bioloji aktiv olmayan "böyük" forması — makroprolaktin.

Nə edilir? Endokrinoloq səviyyəni klinik şikayətlərlə birlikdə qiymətləndirir, lazım olduqda analizi təkrarlayır, makroprolaktini yoxlayır və yalnız göstəriş olduqda hipofizin MRT-sini təyin edir. Klinik əlamət və ya şişlə müşayiət olunmayan prolaktin yüksəkliyi çox vaxt müalicə tələb etmir. Prolaktinoma aşkarlanarsa, əsas müalicə dərman (dopamin aqonistləri) ilə aparılır.

Hamiləlik planlayırsınız? Qalxanabənzər vəzi yoxladın

Ananın tiroid hormonları körpənin inkişafı, xüsusən ilk həftələrdə beyninin formalaşması üçün vacibdir.

Saç tökülməsi: kosmetoloqdan əvvəl endokrinoloq

Dr. Mədinə Dilbazinin praktikasında ən çox rastlaşdığı xətalardan biri budur: saç tökülməsi başlayan qadınlar ilk olaraq kosmetoloqa müraciət edir…

Menopauzada hormon terapiyası: qorxu yox, fərdi qərar

İllərdir hormon terapiyası haqqında qadınlarda qorxu yaradılıb və bir çox qadın ehtiyac duyduğu müalicədən məhz bu qorxular səbəbindən uzaq…