MəqaləMədinə Dilbazi
Qadınlarda saç tökülməsinin hormonal səbəbləri | Dr. Mədinə Dilbazi
Ən çox rast gəlinən endokrin səbəblər
Hipotireoz — qalxanabənzər vəzin az işləməsi; saç və qaş tökülməsi, dəri quruluğu ilə birlikdə. Hipertireoz — tiroid hormonlarının artıqlığı da saçları zəiflədir. İnsulin rezistentliyi və PCOS — androgen (kişi hormonu) artıqlığı başın üst hissəsində saçların nazikləşməsinə səbəb olur. Mineral və vitamin çatışmazlıqları: dəmir və ferritin azlığı, B12, D vitamini, sink; çox aşağı kalorili pəhrizlər və sürətli çəki itkisi. Anemiya — baş dərisinin qan təchizatının zəifləməsi ilə əlaqəli tökülmə; yuxululuq, ümumi zəiflik, laqeydlik varsa qan analizi vacibdir. Kişilərdə saç tökülməsi çox vaxt genetik amillərlə bağlıdır; qadınlarda isə hormonal səbəblər daha tez-tez rast gəlinir.
Nə etməli?
Əvvəlcə endokrinoloq müayinəsindən keçin: tiroid hormonları, dəmir-ferritin, B12, D vitamini, lazım olduqda androgenlər və insulin rezistentliyi göstəriciləri. Endokrin səbəb aşkarlanmasa, dermatoloq və ya kosmetoloqun baxışı məsləhətdir. Çox aşağı kalorili pəhrizlərdən uzaq durun, kifayət qədər zülal qəbul edin.
Hamiləlik planlayırsınız? Qalxanabənzər vəzi yoxladın
Ananın tiroid hormonları körpənin inkişafı, xüsusən ilk həftələrdə beyninin formalaşması üçün vacibdir.
Menopauzada hormon terapiyası: qorxu yox, fərdi qərar
İllərdir hormon terapiyası haqqında qadınlarda qorxu yaradılıb və bir çox qadın ehtiyac duyduğu müalicədən məhz bu qorxular səbəbindən uzaq…
Perimenopauza: dəyişikliyin ilk siqnalları
Perimenopauza menopauzadan əvvəlki keçid dövrüdür və bir neçə il davam edə bilər.