MəqaləMədinə Dilbazi
Arıqlayarkən tərəzi qaydaları: nə vaxt və necə çəkilməli | Dr. Mədinə Dilbazi
Pəhriz zamanı pasiyentlərin ən çox etdiyi səhvlərdən biri hər gün tərəziyə çıxmaqdır. Nəticəni dərhal görmək istəyi anlaşılandır, amma çəki gün ərzində maye, ödem, qəbizlik və hormonal dəyişikliklərə görə bir neçə yüz qramdan bir neçə kiloqramadək dəyişə bilər. "Pəhriz də bir səbr məsələsidir." Tərəzinin yerini dəyişməyin; həftədə bir dəfə və ya on gündə bir dəfə, özünüz üçün sabit gün seçin. Səhər ac qarına, mümkünsə tualetdən sonra çəkilin. Ev tərəzisi paltarı nəzərə almır — minimum paltarla çəkilin. Çəkilməzdən 1–2 gün əvvəl duzlu, turşu və şirniyyat məhsullarını azaldın. Çəkilməzdən əvvəlki 1–2 gün yüksək intensivlikli məşqdən çəkinin. Keyfiyyətli yuxuya diqqət edin.
Tərəziyə çıxmayın, əgər: yemək yemisinizsə; qəbizliyiniz varsa; uzun səfərdən yeni qayıtmısınızsa; aybaşıdan əvvəl və ya aybaşı dövrünüzdəsinizsə; kədərli və ya stresslisinizsə; intensiv məşqdən yenicə çıxmısınızsa (tərlə su itirdiyiniz üçün çəki müvəqqəti az görünür); axşam saatlarıdırsa. Unutmayın: bədən kompozisiyası (yağ və əzələ nisbəti) tərəzidəki rəqəmdən daha çox şey deyir.
Piylənmə iradəsizlik deyil, xroniki xəstəlikdir
4 Mart Dünya Piylənmə Günüdür. Bu gün ən çox təkrarlanmalı fikir sadədir: piylənmə "çox yemək" problemi deyil və sizin iradəsizliyinizlə izah…
"Arıqlama iynəsi" yox, piylənmə dərmanı: GLP-1 haqqında bilinməli olanlar
Son illərdə "arıqlama iynəsi" adı ilə tanınan dərmanlar haqqında həm çox ümid, həm də çox yanlış məlumat yayılıb.
GLP-1 müalicəsi zamanı əzələni necə qoruyaq
Arıqlamaqda məqsəd yalnız tərəzidəki rəqəmi azaltmaq deyil, daha keyfiyyətli bədən kompozisiyasına çatmaqdır: yağı itirmək, əzələni…