MəqaləMədinə Dilbazi
Uşaqlarda artıq çəki: ekran vaxtı, vərdişlər və insulin rezistentliyi | Dr. Mədinə Dilbazi
Uşaqlarda və yeniyetmələrdə artıq çəki və piylənmə dünyada, eləcə də ölkəmizdə artmaqdadır. Əsas səbəblər yetərsiz fiziki aktivlik, oturaq həyat, planşet və telefon aludəçiliyi və yüksək kalorili qidalardır. Vərdişlər genetikadan güclüdür: artıq çəkiyə meyl ailələrdə tez-tez təkrarlanır — bunda irsiyyət də rol oynayır, lakin ailə vərdişləri həlledicidir: uşağı doyduğu halda boşqabı sona qədər yeməyə məcbur etmək, qızardılmış yeməklərə üstünlük vermək, ayaqüstü yemək, az tərəvəz, kolbasa və şokolad pastalı buterbrodlarla "atışdırmaq". Uşaqlara nə yeməli olduqlarını öyrətməyə ehtiyac yoxdur — onlar sadəcə bizim yediklərimizi yeyəcəklər. Ekran vaxtı: ekran qarşısında keçən vaxt həm hərəkətsizliyi, həm də diqqətsiz yeməyi artırır. Ailədə ekransız yemək qaydası, yatmazdan əvvəl ekrandan imtina və gündəlik aktiv oyun vaxtı sağlam vərdişlərin əsasıdır.
Aktiv istirahət: kiçik yaşlardan aktiv istirahət və sağlam qidalanma vərdişi uşağı gələcəkdə bir sıra xroniki xəstəliklərdən qoruyur. Nə vaxt həkimə müraciət etməli? Uşaqda yeməkdən sonra yorğunluq və yuxululuq, çəki artımına nəzarət edə bilməmək, şirniyyata güclü meyl, bel çevrəsinin genişlənməsi, boyun, qoltuqaltı və qasıqda dərinin tündləşməsi, qızlarda aybaşı pozuntusu insulin rezistentliyini düşündürə bilər. Uşaq və yeniyetmələrin müayinəsi uşaq endokrinoloqu və pediatr ilə birlikdə planlaşdırılır.
Yuxu, gün işığı və iştah hormonları
Yuxu çəki və metabolizm üçün qidalanma və hərəkət qədər vacibdir.
Təzyiq dərmanları kömək etmirsə: endokrin səbəblər
Yüksək təzyiq dünyada və ölkəmizdə ən çox rast gəlinən sağlamlıq problemlərindəndir və insult, infarkt, ürək və böyrək çatışmazlığı, görmə itkisi…