XidmətMədinə Dilbazi
Tiroid ultrasəsi (USM): nəyi göstərir, nəyi göstərmir | Dr. Mədinə Dilbazi
Bu səhifələrdəki istinad dəyərləri ümumi məlumat xarakterlidir. Laboratoriyalar arasında normal aralıqlar fərqlənə bilər; nəticəni həmişə laboratoriyanın göstərdiyi aralıq və həkimin şərhi ilə birlikdə qiymətləndirin.
Nə üçün aparılır?
Palpasiyada düyün və ya böyümə aşkarlandıqda; Haşimoto, Qreyvs və digər tireoiditlərin xarakterik görüntüsünü qiymətləndirmək üçün; düyünlərin risk kateqoriyasını (TI-RADS) müəyyən etmək və biopsiya qərarı üçün; xoşxassəli düyünlərin izlənməsi və biopsiyanın ultrasəs nəzarəti altında aparılması üçün.
Dr. Mədinə Dilbazinin izahları
"Dr, UZİ edək yoxsa qan analizləri?" sualına həkimin cavabı: qalxanabənzər vəz xəstəliklərinin diaqnostikasında hər iki müayinə növü mütləqdir; ultrasəs vəzin struktur dəyişikliklərini, qan analizləri isə funksional dəyişiklikləri göstərir və bir-birini əvəz etmir. Bəzən diaqnozun dəqiqləşdirilməsi üçün sintiqrafiya və ya biopsiya da lazım olur. "Düzgün diaqnostika = doğru diaqnoz = doğru müalicə." Ultrasəsin düyünün xərçəng riskini qiymətləndirməyə kömək etdiyini, lakin dəqiq cavabı biopsiyanın verdiyini izah edir.