XidmətMədinə Dilbazi
Bədən kompozisiyası analizi: yağ, əzələ və maye ölçümü | Dr. Mədinə Dilbazi
Nə üçün lazımdır?
Eyni çəkidə iki insanın sağlamlıq riski fərqli ola bilər: yağ faizi və yağın paylanması həlledicidir. Kontrol müayinələrində nəticələr əvvəlkilərlə müqayisə olunur: məqsəd əzələni qoruyaraq yağ itirməkdir. Qidalanma və məşq planı nəticələrə görə düzəldilir.
Ölçməyə hazırlıq (ümumi tövsiyələr)
Ölçməni mümkün qədər eyni şəraitdə — səhər, yeməkdən əvvəl və ya yüngül yeməkdən 2–3 saat sonra, tualetdən sonra — aparmaq; ölçmədən əvvəl intensiv idman, sauna, çoxlu maye və ya alkoqol qəbul etməmək;
Kimlərdə aparılmır?
Kardiostimulyator və ya digər implantasiya olunmuş elektron cihazı olan şəxslərdə bioimpedans ölçməsi aparılmır.
Dr. Mədinə Dilbazinin yanaşması
Həkim bədən analizatorunun nəticələrini qan analizləri və klinik mənzərə ilə birlikdə qiymətləndirir və kontrol müayinələrində çəki vermiş pasiyentlərin yağ, əzələ və maye göstəricilərini əvvəlki ölçmələrlə müqayisə edir. "Bədən kompozisiya analizi: çəkidən daha artığı" məqaləsində (2026) qeyd olunduğu kimi, müntəzəm ölçmələr inkişafı izləməyə və nəticələri obyektiv qiymətləndirməyə imkan verir.