MəqaləQorqud Süleymanov · 17.09.2026

Sağlamlıq təşvişi (hipoxondriya): əlamətlər və KDT

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: epifiz.az/bloq/saglamliq-tesvisi-hipoxondriya

Başınız ağrıyanda ağlınıza ilk gələn ciddi bir xəstəlik olur, ürəyiniz bir az sürətli döyünəndə infarkt qorxusu başlayır. Həkimə gedirsiniz, analizlər normal çıxır. Bir neçə gün rahatlaşırsınız, sonra narahatlıq yenidən qayıdır. Yeni müayinələr, yeni analizlər, internetdə saatlarla əlamət axtarışı… Bu dövr sizə tanışdırsa, bu yazı sizin üçündür.

Sağlamlıq təşvişi nədir?

Sağlamlıq təşvişi (hipoxondriya və ya hipokondriazis) insanın ciddi bir xəstəliyi olduğuna və ya olacağına dair davamlı, təkrarlanan və güclü narahatlıq yaşaması ilə xarakterizə olunan psixoloji vəziyyətdir. Belə insanlar bədənlərindəki adi hissləri xəstəlik əlaməti kimi yozur. Bu vəziyyət nə «uydurma», nə də iradə zəifliyidir. İnsan həqiqətən narahatlıq yaşayır və bu narahatlıq gündəlik həyat keyfiyyətinə, psixoloji vəziyyətə mənfi təsir göstərə bilər.

Əlamətlər: həddindən artıq yoxlama və ya həkimdən qaçma

tez-tez həkim müayinəsinə getmək, təkrar-təkrar analiz vermək; bədənin müxtəlif nahiyələrində ağrı və ya problem olduğunu düşünmək və bunu daim izləmək; analizlərin nəticəsi normal olsa belə rahatlığın qısa sürməsi; yaxud əksinə, «pis xəbər» eşitmək qorxusundan həkimə getməkdən tamamilə qaçmaq. Zamanla bu dövr ciddi narahatlıq yaradır və həm iş həyatına, həm də ailə münasibətlərinə təsir göstərir.

Niyə normal analizlər narahatlığı aradan qaldırmır?

Çünki çətinlik analizlərdə deyil, narahatlığın özündədir. Sağlamlıq təşvişi adətən təşviş (anksiyete) ilə əlaqəlidir: normal nəticə bir müddət rahatlıq versə də, yeni bir bədən hissi narahatlığı yenidən başladır. Buna görə yalnız yeni müayinə və analizlərlə narahatlığı həll etməyə çalışmaq çox vaxt nəticə vermir.

Koqnitiv-davranış terapiyası necə kömək edir?

Sağlamlıq təşvişində əsas psixoterapevtik yanaşma koqnitiv-davranış terapiyasıdır (KDT). KDT-də bədən hisslərinin necə yozulduğu, narahatlığı artıran düşüncələr və onları müşayiət edən davranışlar üzərində birlikdə işlənir. Məqsəd narahatlığı idarə etməyi öyrənmək və gündəlik həyatın axarına qayıtmaqdır. Bəzi hallarda, həkimin qərarı ilə, psixoterapiya dərman dəstəyi ilə birlikdə aparılır. Vəziyyətin erkən fərq edilməsi və vaxtında dəstək alınması isə xüsusilə önəmlidir.

Nə vaxt mütəxəssisə müraciət etmək lazımdır?

Özünüzə bu sualları verin: Xəstəlik qorxusu uzun müddətdir davam edirmi? Normal analiz nəticələrinə baxmayaraq narahatlığım keçmirmi? Həkim müayinələri və analizlər həyatımın mühüm hissəsinə çevrilibmi? Bu narahatlıq işimə və ailə münasibətlərimə mane olurmu? Bu suallara «bəli» cavabı verirsinizsə, mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur. Vacib qeyd: bədəninizdə yeni və ya davam edən əlamətlər varsa, ilk addım həmişə həkim müayinəsidir. Psixoloji dəstək tibbi müayinəni əvəz etmir, onu tamamlayır.

Əlaqəli xidmət

Böyüklər üçün fərdi psixoterapiya (KDT) Davamlı narahatlıq, panik atak, sağlamlıq təşvişi və stress kimi çətinliklərdə koqnitiv-davranış terapiyasına əsaslanan fərdi seanslar. Psixoloq-psixoterapevt · Epifiz Psixoloji Xidmət və Yaşam Mərkəzi Uşaq inkişafının qiymətləndirilməsi, neyroinkişaf çətinlikləri olan uşaqlar və ailələri ilə iş, böyüklərdə təşvişlə bağlı çətinliklərdə koqnitiv-davranış terapiyası. Saytdakı məlumatlar ümumi maarifləndirmə məqsədi daşıyır və fərdi psixoloji qiymətləndirməni, tibbi diaqnozu və ya müalicəni əvəz etmir.

Oxuduqlarınız sizin vəziyyətinizə uyğun gəlir?

Yazılar ümumi məlumat verir. Fərdi vəziyyətinizi görüşdə birlikdə dəyərləndirək. və ya zəng edin:

Uşağım gec danışır: sadəcə nitq ləngiməsi, yoxsa daha geniş inkişaf əlaməti?

Nitqə tək başına deyil, uşağın ünsiyyətinə bütövlükdə baxmaq lazımdır: hansı əlamətlər qiymətləndirmə tələb edir və evdə nə etmək olar. 3 dəqiqəlik oxu Oxuyun

Autizm diaqnozundan sonra: valideynlər üçün ilk addımlar

«Spektr» nə deməkdir, doğru mütəxəssisi necə seçmək olar və fərdi təlim planı niyə diqqətdən başlayır. 3 dəqiqəlik oxu Oxuyun

Uşaq sinifdə yerində otura bilmir: diqqət əskikliyi və hiperaktivlik haqqında bilməli olduqlarınız

Tənbəllik, yoxsa diqqət əskikliyi? Əlamətlər, qiymətləndirmə, dərmanla bağlı qorxular və evdə, məktəbdə dəstək yolları. 3 dəqiqəlik oxu Oxuyun