Həkim haqqındaQorqud Süleymanov · 21.09.2026
Haqqımda
Qorqud Süleymanov · Psixoloq-psixoterapevt Mən Qorqud Süleymanovam, psixoloq-psixoterapevtəm. Uşaq inkişafının qiymətləndirilməsi, neyroinkişaf çətinlikləri olan uşaqlar və ailələri ilə iş, həmçinin böyüklərdə təşvişlə bağlı çətinliklər üzərində işləyirəm. Qorqud Süleymanov iş otağında
Bioqrafiya
Psixologiyaya marağım hələ uşaqlıq illərimdə yaranıb. İnsan davranışını anlamaq, onun arxasındakı daxili mexanizmləri dərk etmək və insanların həyatına müsbət təsir göstərmək istəyi məni bu peşəyə gətirib. Bu gün də psixologiyaya yalnız bir iş kimi baxmıram: mənim üçün o, həm həyat fəlsəfəsi, həm də cəmiyyət qarşısında məsuliyyətdir. Hər müraciətçiyə fərdi yanaşmağa, elmi əsaslı və empatik üsullarla dəstək olmağa çalışıram. İşdən kənar vaxtımı təbiətdə keçirməyi, kempinq və yürüşləri sevirəm. Psixi və fiziki sağlamlığın bir-birini tamamladığına inanıram.
Ondokuz Mayıs Universiteti
2010–2017 · Samsun, Türkiyə Psixologiya təhsilimi 2010–2017-ci illərdə Türkiyədə, Ondokuz Mayıs Universitetində almışam. Təhsil sənədlərim Avropa Komissiyası, Avropa Şurası və UNESCO/CEPES-in birgə hazırladığı Diplom Əlavəsi (Diploma Supplement) modelinə uyğun tərtib olunub.
Epifiz Psixoloji Xidmət və Yaşam Mərkəzi
2019-cu ildə Epifiz Psixoloji Xidmət və Yaşam Mərkəzini təsis etmişəm. Burada elmi əsaslı terapevtik yanaşmaları mərkəzin idarə olunması ilə bir araya gətirməyə çalışıram. 2017–2019
Oratio Psixoloji və Nitq İnkişafı Mərkəzi
Baş psixoloq kimi psixoloji müdaxilələr və xidmət keyfiyyətinin idarə olunması üzərində çalışmışam. 2013-cü ildən
Tibb və psixologiya qurumları
Psixologiya sahəsində praktikaya tələbəlik illərində başlamışam və intern kimi praktik bilik və bacarıqlarımı gücləndirmişəm.
Hər insan və hər uşaq fərqlidir
Eyni çətinlik fərqli insanlarda fərqli şəkildə özünü göstərə bilər. Buna görə hazır şablonlarla deyil, qiymətləndirmə nəticəsində qurulan fərdi planla işləyirəm.
Elmə əsaslanan tövsiyələr
Tövsiyələrimi elmi əsası olan məlumatlara söykəndirirəm. İnternetdə yayılan əsassız məsləhətlərə və «möcüzəvi» həllərə qarşı ailələri ehtiyatlı olmağa çağırıram.
Erkən müdaxilə
İnkişafla bağlı çətinlik nə qədər tez fərq edilsə, dəstək də o qədər erkən başlaya bilər. Beynin öyrənmə və uyğunlaşma imkanlarının ən güclü olduğu ilk illər bu baxımdan xüsusilə dəyərlidir.
Valideynlə birgə iş
Valideyn övladının inkişafının ən yaxın müşahidəçisidir. Ona inkişaf mərhələlərini izləməyi və evdə tətbiq oluna bilən sadə üsulları öyrətmək işimin ayrılmaz hissəsidir.
Çoxsahəli əməkdaşlıq
Ən düzgün plan psixoloq, psixiatr, nevroloq, loqoped və pedaqoq bir-biri ilə əlaqəli işlədikdə qurulur. Dərman müalicəsi ilə bağlı qərarları həkim verir, mənim rolum psixoloji qiymətləndirmə, terapiya və ailənin istiqamətləndirilməsidir.
Davamlı öyrənmə və maarifləndirmə
Yerli və beynəlxalq elmi konfrans, seminar və təlimlərdə mütəmadi iştirak edirəm. Sosial şəbəkələrdə paylaşdığım maarifləndirici videoların məqsədi psixoloji sağlamlıq haqqında düzgün məlumatın cəmiyyətə çatmasıdır.
WÇZÖ-IV tətbiqi sertifikatı
Wechsler Uşaqlar üçün Zəka Şkalasının (WISC-IV) Türkiyə adaptasiyası.
Koqnitiv-davranış terapiyası (KDT) təlimi
Təşviş və digər emosional çətinliklərdə istifadə olunan strukturlu psixoterapiya üsulu.
PECS, 1-ci səviyyə
Picture Exchange Communication System Şəkil mübadiləsi vasitəsilə funksional ünsiyyətin öyrədilməsi.
Onlayn akademik proqramlar
Psychology of Anxiety, Mood, Substance Use, and Addictive Behaviors American Psychological Association Introduction to Psychology Yale University Foundations of Positive Psychology University of Pennsylvania Bu proqramlar onlayn formatda tamamlanmış kurslardır.
Efirdə və sosial şəbəkələrdə
Uşaq inkişafı, autizm, valideynlik və təşviş mövzularında maarifləndirici videolar paylaşıram, həmçinin televiziya verilişlərinin qonağı olmuşam.
Suallarınızı birlikdə aydınlaşdıraq
İlk görüşdə vəziyyətinizi ətraflı dinləyir, sizə və ya övladınıza uyğun növbəti addımları birlikdə müəyyənləşdiririk. və ya zəng edin: