Həkim haqqındaQorqud Süleymanov · 21.09.2026
Epifiz Psixoloji Xidmət və Yaşam Mərkəzi
2019-cu ildən etibarən fəaliyyət göstərən, psixoloji rifahın və inkişafın dəstəklənməsi istiqamətində ixtisaslaşmış müalicə və reabilitasiya mərkəzi. 2019 Filial — Bakı, Xətai rayonu Xidmət sahəsi — psixoloji, defektoloji, loqopedik
Tarixçəmiz
Epifiz Psixoloji Xidmət və Yaşam Mərkəzi 2019-cu ildən etibarən fəaliyyət göstərən, psixoloji rifahın və inkişafın dəstəklənməsi istiqamətində ixtisaslaşmış bir müalicə və reabilitasiya mərkəzidir. Mərkəzimiz insan psixikasının fərqli inkişaf mərhələlərində ortaya çıxan çətinliklərin elmi əsaslarla qiymətləndirilməsi, diaqnostikası və korreksiyası məqsədi ilə yaradılmışdır. Əsas məqsədimiz fərdin psixoloji, emosional və nitq inkişafına kompleks yanaşma təqdim edərək həm uşaqların, həm də böyüklərin həyat keyfiyyətini yüksəltməkdir. Mərkəzimizdə fəaliyyət göstərən peşəkar psixoloqlar, loqopedlər və defektoloqlar beynəlxalq təcrübəyə əsaslanan metodlarla fərdi yanaşma tətbiq edirlər. Epifiz Mərkəzi yaranmasından bu günə qədər yüzlərlə fərdin həyatına müsbət təsir göstərmiş, psixoloji və inkişaf problemlərinin aradan qaldırılması istiqamətində yüksək nəticələr əldə etmişdir.
Mərkəzimizdə əsas xidmət sahələri
Mərkəzimiz aşağıdakı əsas xidmət sahələri üzrə fəaliyyət göstərir. Hər müraciət ilkin qiymətləndirmə ilə başlayır və uyğun mütəxəssisə yönləndirilir.
Psixoloji xidmətlər
Aşağıdakı və digər klinik vəziyyətlər üzrə fərdi terapiya və diaqnostika həyata keçirilir: yuxu və qida pozuntuları diqqət əskikliyi və hiperaktivlik sindromu (DƏHS) travma sonrası stress pozuntusu
Defektoloji xidmətlər
Aşağıdakı və digər neyrogen inkişaf problemləri üzrə xüsusi tədris və reabilitasiya proqramları təqdim olunur:
Loqopedik xidmətlər
Aşağıdakı və digər artikulyasiya pozuntularının korreksiyası üzrə fərdi və qrup terapiyaları təşkil olunur: Eşitmə məhdudiyyətli uşaqlarda və koklear implantasiyadan sonra nitqin bərpası xüsusi diqqətlə aparılır.
Simptomu deyil, insanı bütövlükdə görmək
Mərkəzimiz yalnız simptomları deyil, bütövlükdə insanı dərk etmə və dəyişdirmə fəlsəfəsinə əsaslanır. Etik dəyərlərə, fərdi gizliliyə və elmi yanaşmaya əsaslanaraq, hər bir fərdin daxili potensialını üzə çıxarmaq üçün çalışırıq. Epifiz Psixoloji Xidmət və Yaşam Mərkəzi — sağlam düşüncə və psixoloji rifah yolunda etibarlı ünvanınızdır.
Niyə biz?
Ölkəmizdə psixoloji və inkişaf yönümlü problemlərin geniş yayılması və bu sahədə keyfiyyətli xidmətlərin çatışmazlığı bizi daha fərqli və peşəkar yanaşma ilə fəaliyyət göstərməyə sövq etmişdir. Epifiz Psixoloji Xidmət və Yaşam Mərkəzi olaraq, sahə üzrə müasir avadanlıqlardan istifadə etməklə, yüksək ixtisaslı mütəxəssislər tərəfindən düzgün qurulmuş tədris və terapiya proqramları vasitəsilə daha effektiv nəticələr əldə etməyi əsas hədəfimiz kimi müəyyən etmişik. Yeganə məqsədimiz — psixoloji və inkişaf yönümlü xidmətləri mümkün qədər geniş və təsirli şəkildə təqdim edərək, cəmiyyətimizə dəyər qatmaqdır. Uzunmüddətli müşahidələr və sahə təhlilləri nəticəsində ölkə üzrə mövcud boşluqları müəyyən edərək, bu istiqamətdə elmi və praktik əsaslı fəaliyyətlə daha güclü və davamlı nəticələrə nail olmağı qarşıya məqsəd qoymuşuq.
Əgər ümidinizin tükəndiyini hiss edirsinizsə, bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Hörmətlə, Epifiz Psixoloji Xidmət və Yaşam Mərkəzi Bu əlaqə kanalları təcili yardım xidməti deyil. Özünüzün və ya başqasının həyatı üçün təhlükə varsa, dərhal 103 (təcili tibbi yardım) və ya 112 nömrəsinə zəng edin.
Bakıda iki filial
Hazırda Epifiz Psixoloji Xidmət və Yaşam Mərkəzi Bakıda iki filialla fəaliyyət göstərir. 480 m²
8 Noyabr prospekti 179
480 m²-lik geniş və müasir məkanımız yeni nəsil texnologiyalarla təchiz olunmuşdur, rahatlıqla əlçatandır və həm terapevtlər, həm də müraciət edənlər üçün ideal şəraitə malikdir. 180 m²
8 Noyabr küçəsi, Blue Office kompleksi
180 m² sahəyə malik bu müasir və texnoloji baxımdan tam təchiz olunmuş mərkəzimiz yüksək standartlara uyğun olaraq psixoloji və loqopedik xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuşdur.
Hansı mütəxəssisə müraciət edəcəyinizi bilmirsiniz?
Vəziyyəti qısaca bildirin: ilkin görüşdə ehtiyacı birlikdə dəyərləndirək və sizi uyğun mütəxəssisə yönləndirək. və ya zəng edin: