MəqaləŞirvan Zəkəriyəyev · 09.10.2026
Endokrin xəstəliklər tam sağalırmı? | Dr. Şirvan Zəkəriyəyev
Haşimoto. Autoimmun xəstəlikdir; çox vaxt «tam sağalma» anlayışı yoxdur. Erkən mərhələdə dəyərlər bəzən hormonsuz nizamlana bilər, amma dinamik müşahidə həmişə vacibdir. Yarımkəskin tiroidit. Vaxtında düzgün diaqnoz qoyularsa, tam sağalan iltihabi prosesdir. Zəhərli zob (Graves). İlk seçim dərman müalicəsidir; dərmanla remissiyaya düşən pasientlər var. Şəkərli diabet. Bəzi pasientlərdə müalicə sadələşdirilə və ya dəyişdirilə bilər. Amma şəkər «bir gün yox, hər gün» nəzarət tələb edir və dərman həkimin icazəsi olmadan dayandırılmır. Mürəkkəb hallar. Həkimin paylaşımından: adrenal, hipofiz, osteoporoz, tiroid və pankreas problemlərinin bir pasientdə cəmləşdiyi hal. «Çətindir, amma səbr və inamla qarşısını almaq mümkünsüz deyil.» İki illik müalicədən sonra pasientə növbəti görüşlərə yalnız profilaktik gəlməsi deyilib.