
Dr. Şirvan Zəkəriyəyev
Endokrinoloq
- Caspian International Hospital, Bakı · daha 1 iş yeri
- Qəbul dilləri: Azərbaycan dili, Rus dili
- 2018-ci ildən fəaliyyət göstərir
Bu profil həkimin rəsmi saytındakı məlumatlar əsasında hazırlanıb və həkimin təsdiqini gözləyir. Son yoxlama: 19.10.2026. Bu sizin profilinizdir?
Haqqında
Şirvan Zəkəriyəyev endokrinoloqdur; Azərbaycan Tibb Universitetini bitirib və endokrin xəstəliklər üzrə rezidenturanı ATU Tədris Terapevtik Klinikasında keçib. Bakıda Caspian International Hospital-da, Qəbələdə həftə sonları Sağlam Həyat Tibb Mərkəzində qəbul edir. Tiroid xəstəlikləri, şəkərli diabet, artıq çəki və hormonal pozğunluqlar üzrə müraciətləri qəbul edir; tiroid ultrasəs müayinəsini və incəiynəli biopsiyanı özünün apardığını bildirir.
Azərbaycan Tibb Universitetində 2012–2018-ci illərdə təhsil alıb, 2018–2022-ci illərdə ATU Tədris Terapevtik Klinikasında endokrin xəstəliklər üzrə rezidentura keçib; 2018-ci ildən endokrinologiya sahəsində çalışır. Türkiyədə endokrinologiya üzrə ixtisasartırma kursunda (2019–2021) və Bağcılar Eğitim ve Araştırma Hastanesində tiroid ultrasəsi və düyün biopsiyası kursunda (2020) iştirak edib. Paytaxtla yanaşı Qubadlı, Zaqatala və Balakəndə də qəbul aparıb. Endokrinologiya və diabet konqreslərində iştirak edir (o cümlədən 46-cı Türkiyə Endokrinologiya və Metabolizm Xəstəlikləri Konqresi, Antalya, 30 aprel – 4 may 2025), 7-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konqresində (2026) «Bariatrik cərrahiyyə öncəsi endokrinoloqun yanaşması» mövzusunda çıxış edib. Lider TV-nin «Həkimim» verilişində qalxanabənzər vəzi xəstəlikləri haqqında çıxış edib (YouTube-da 17.05.2021 tarixində yerləşdirilib). Qəbul öncədən qeydiyyatla aparılır.
Xidmətlər
Həkimin öz saytında göstərdiyi xidmətlər.
Endokrinoloq qəbulu və müayinə
Şikayətlərin dinlənilməsi, müayinə (tiroid palpasiyası daxil), analizlərin dəyərləndirilməsi və göstəriş olduqda ultrasəs müayinəsi.
Şəkərli diabetin müalicəsi və izlənməsi
Müalicənin hər xəstəyə fərdi seçilməsi, çox yüksək şəkərin nəzarət altında mərhələli salınması, insulin və tablet müalicəsi, nəticənin HbA1c ilə izlənməsi.
Çəki idarəsi və arıqlama iynələri (həkim nəzarətində)
Artıq çəkinin səbəbinin araşdırılması və həkim nəzarətində müalicə; arıqlama iynələri hər kəsə yazılmır, göstəriş bel çevrəsi, bədən kütlə indeksi və analizlərdən sonra müəyyən olunur.
Tiroid və boyun ultrasəs müayinəsi
Tiroid vəzinin ölçüsünü, strukturunu, düyün və kistalarını göstərən şüalanmasız müayinə; həkim onu qəbulda özü aparır və düyünlərin xarakterini TIRADS ilə qiymətləndirir.
Tiroid düyününün incəiynəli aspirasion biopsiyası (İİAB)
Şübhəli düyündən ultrasəs nəzarətində incə iynə ilə hüceyrə nümunəsinin götürülməsi; həkim proseduru özü aparır.
Tiroid kistasının boşaldılması, skleroterapiyası və ablaziyası
Şikayət verən böyük kistanın kəsiksiz, əməliyyatsız boşaldılması; kista təkrar dolursa skleroterapiya və ya ablaziya tətbiq edilə bilər.
Baxdığı hallar
Həkimin saytında müayinə və müalicə etdiyi göstərilən hallar.
Tiroid (zob) xəstəlikləri
Qalxanabənzər vəzin xəstəlikləri müayinə, analizlər, ultrasəs və lazım olduqda incəiynəli biopsiya ilə dəyərləndirilir.
Tiroid düyünləri və düyünlü zob
Düyünlərin əksəriyyəti xoşxassəlidir; düyün aşkarlanması hər zaman əməliyyat demək deyil: əvvəlcə ultrasəs, şübhəli əlamət olarsa biopsiya aparılır.
Hamiləlikdə tiroid nəzarəti
Hamiləliyin ilk həftələrində tiroid hormonlarının izlənməsi və tənzimlənməsi.
Zəhərli zob (Graves xəstəliyi), hipertireoz və toksik adenoma
Tiroid hormonlarının artıq ifrazı ilə gedən vəziyyətlər; Graves xəstəliyində ilk seçim dərman müalicəsidir.
Hipotireoz (tənbəl zob) və Haşimoto tiroiditi
Tiroid vəzinin kifayət qədər hormon ifraz edə bilməməsi; səbəb çox vaxt autoimmun tiroiditdir, ilk dəfə aşkarlanan hipotireozda əlavə müayinələr aparılır.
Tiroid kistaları
Kistaların çoxu təhlükəsizdir; şikayət verən və ya təkrar dolan kistalar əməliyyatsız müalicə oluna bilər.
Tiroiditlər: kəskin, yarımkəskin və xroniki
Qalxanabənzər vəzin iltihabı; yarımkəskin tiroidit boğazda ağrı və qızdırma ilə özünü göstərə bilər.
Şəkərli diabet
Diaqnoz meyarları, klassik və gizli əlamətlər, prediabet, 1-ci və 2-ci tip diabet izah olunur.
Prediabet və 2-ci tip diabet
Qan şəkərinin normadan yüksək, lakin diabet həddindən aşağı olduğu mərhələ və 2-ci tip diabet üzrə yoxlanış həddləri.
1-ci tip şəkərli diabet
Mədəaltı vəzin insulin hüceyrələrinin zədələnməsi ilə yaranır; əsas müalicə insulindir.
Şəkərin düşməsi (hipoqlikemiya)
Qan şəkərinin aşağı düşməsi və onun əlamətləri.
Şəkərli diabetin ağırlaşmaları
Diabetik neyropatiya, diabetik ayaq və digər gec ağırlaşmalar; şəkərin stabil saxlanılması əsas şərt kimi göstərilir.
Çəki və metabolik sağlamlıq
Artıq çəkinin hormonal və qeyri-hormonal səbəbləri, insulin müqaviməti, xolesterin və trigliserid.
Artıq çəki və piylənmə
Piylənmə xroniki xəstəlik kimi izah olunur; müalicə səbəbin araşdırılması ilə başlayır.
İnsulin müqaviməti (insulin dirənci)
Aclıq şəkəri normal olsa belə ola bilər; HOMA-IR indeksi ilə qiymətləndirilir.
Xolesterin və trigliserid yüksəkliyi
Xolesterin və trigliseridin yüksəlməsinin səbəbləri və damarlar üçün riski izah olunur.
Hormonal pozğunluqlar
Böyrəküstü vəzi, hipofiz və cinsi hormonlarla bağlı pozğunluqlar; müalicədən əvvəl səbəb hormonal testlərlə dəqiqləşdirilir.
PKOS (PMOS) və hirsutizm
Qadınlarda yumurtalıq, aybaşı və tüklənmə ilə bağlı hormonal sindrom; sızanaq, aybaşı pozğunluğu və sonsuzluqla əlaqəsi izah olunur.
Prolaktin yüksəkliyi və prolaktinoma
Prolaktinin yüksəlmə səbəbləri; hər yüksəliş müalicə tələb etmir.
Böyrəküstü vəzi: kortizol, Kuşinq sindromu, Addison xəstəliyi
Kortizol artıqlığı və çatışmazlığı, əlamətləri və diaqnozu; endokrin səbəbli hipertoniya.
Hipofiz və boy hormonu: akromegaliya, giqantizm, çatışmazlıq
Boy hormonunun artıqlığı və çatışmazlığı; əlamətləri, diaqnozu və müalicəsi.
Reproduktiv endokrinologiya: hormonal sonsuzluq və hamiləlik planlaması
Hormonal disbalansın sonsuzluqdakı rolu, AMH və hamiləlikdən əvvəl yoxlanılan hormonlar.
Sümük və mineral mübadiləsi
Osteoporoz, paratiroid xəstəlikləri, kalsium və D vitamini pozğunluqları.
Uşaq endokrinologiyası: boy, skelet yaşı və cinsi yetkinləşmə
Uşaqlarda boy artımının izlənməsi, skelet yaşı və erkən cinsi yetkinləşmə.
İş yeri
Caspian International Hospital
Bakı ş., Badamdar, 1-ci yaşayış massivi, 31, Bakı
Öncədən qeydiyyatla
Xəritədə açınSağlam Həyat Tibb Mərkəzi
Qəbələ şəhəri, Qəbələ
Həftə sonları — şənbə və bazar (xüsusi səbəb olmadıqda); öncədən qeydiyyatla
Xəritədə açın
Təhsil və təcrübə
Təhsil
- Azərbaycan Tibb Universiteti (ATU) — Əsas tibb təhsili (2012–2018)
- ATU Tədris Terapevtik Klinikası (TTK) — Rezidentura: endokrin xəstəliklər (2018–2022)
İş təcrübəsi
- Caspian International Hospital, Bakı — endokrinoloq (hazırkı qəbul yeri)
- Sağlam Həyat Tibb Mərkəzi, Qəbələ — endokrinoloq (həftə sonları)
- Mərcan Medicare Klinika, 20 Yanvar filialı, Bakı
- Qubadlı Rayon Mərkəzi Xəstəxanası — təxminən 3 il çalışıb; 22.09.2025-dən ayrılıb (2025)
- Labstyle Hospital, Zaqatala — mütəmadi qəbul (2022–2022)
- Elmas Klinika, Balakən
Sertifikatlar və kurslar
- Endokrinologiya üzrə ixtisasartırma kursu, Türkiyə (2019–2021)
- Tiroid vəzinin ultrasəs müayinəsi və düyünlərin biopsiyası üzrə kurs — Bağcılar Eğitim ve Araştırma Hastanesi, İstanbul (2020)
- Endokurs-9 — endokrinologiya kursu (16–19 oktyabr) — Endokurs-9 (2025)
Suallar və cavablar
Cavablar həkimin öz saytından götürülüb.
Zob xəstəsi yod içə bilərmi?
Əvvəlcə pasientlərə zobun nə olduğunu aşılamalıyıq. Zob əslində qalxanvari vəzin böyüməsinə verdiyimiz addır: hər kəsdə olan bu orqan böyüyübsə və çöldən görünürsə, bu, zobdur. Amma pasientlərimizin əksəriyyətində zob dediyimiz problem yoxdur. Onlarda ya düyün, ya struktur dəyişikliyi, ya da tiroidit var. Ona görə zob problemlərinin hamısının kökündə yod əksikliyi durmur. Bəzilərində əksinə, yod artıqlığı var. Bəzilərində isə problem yoddan asılı deyil. Məsələn, Qreyvs xəstəliyi, yəni zəhərli zob olan pasientin yod içməsi düzgün deyil. Necə ki, qurbağa bağlamaq düzgün deyil, bu da ona bərabər bir şeydir. O pasient yod içsə, vəziyyəti daha da pisləşəcək. Amma bəzi qruplar var ki, əhali kütləvi şəkildə sidik analizi ilə yoxlanılıb. Məsələn, bir kənddə ən azı 100 nəfərdən çox adam yoxlanılıb və yod əksikliyi aşkarlanıb. Belə qruplara yod içməyə icazə var. Qalan hallarda qalxanvari vəzin, yəni sizin «zob» adlandırdığınız xəstəliklərin hamısını yod çatışmazlığına bağlamaq olmaz.
Eyni xəstəliyi olan iki nəfər eyni dərmanı qəbul edə bilərmi?
Çox gözəl sualdır. Bəlkə də siz bu sualı verməsəydiniz, mən özüm təklif edərdim ki, belə bir sual da əlavə edək. Bu gün cəmiyyətdə insanların ən çox əziyyət çəkdiyi, hamımızın başına gələn problemlərdən biri artıq çəki və piylənmədir. Ona görə bunun üzərində dayanmaq istəyirəm. Bu gün istər sosial mediada, istərsə də üz-üzə müraciət edən pasientlərin çoxu arıqlama iynələri haqqında soruşur — artıq çəkili və piylənməsi olan insanlarda bu iynələr hazırda populyardır. Effekti varmı? Var. Hər kəsə tövsiyə edirikmi? Etmirik. Tutaq ki, bir pasient şəkər xəstəsidir və ya artıq çəkilidir, onunla eyni statusda, eyni xəstəlikdə başqa bir pasient də var. Amma onların orqanizmini yaradan eyni yaratmayıb. Birində şəkər xəstəliyindən başqa ürək problemi ola bilər — ona yazdığım dərmanın həm ürəyi qoruyan, həm də şəkəri salan təsiri ola bilər. Digər pasientdə isə ürək yox, böyrək problemi ola bilər və həmin dərmanı ona yaza bilmərəm. Pasient o dərmanı özbaşına işlətsə, birinci pasientdə ürəyi qoruyan dərman bunun böyrəyinə ziyan verəcək. Ona görə eyni xəstəlikdən əziyyət çəkən iki fərqli pasient eyni dərmanı yalnız həkim hər birinə ayrıca təyin edibsə işlədə bilər. Özbaşına istifadə isə heç düzgün deyil.
Həkim niyə bahalı dərman yazır? Ucuz dərmanlar onları əvəz edə bilərmi?
Ümumiyyətlə, heç bir həkim praktikaya başladığı dövrdə bu gün yazdığı dərmanı yazmır. Məsələn, mən endokrinoloq kimi səkkiz il əvvəl yazdığım tabletkanı bu gün yazmıram. Səbəb nədir? Biz pasientin geri dönüşü ilə işləyirik. Bir dərmanı yazdığımız pasientlərin bir qismi nəticə görmədən geri qayıdırsa, dərmanın qiymətinə də, ölkəsinə də baxmadan onu dəyişirik və bugünkü dərmanlara keçirik. Bugünkü dərmanın qiyməti bizi maraqlandırmır, keyfiyyəti maraqlandırır. Yazdığımız pasientlərin çoxu gəlib «doktor, nəticə yaxşıdır» deyirsə, o dərmanı yazırıq. Nəticə görməyənlərin bir hissəsi isə, yəqin ki, dərmanı düzgün içməyib və s. Ölkəyə gəldikdə, kifayət qədər keyfiyyətli dərman istehsal edən ölkələr var: İngiltərə, Danimarka, Türkiyə — ən çox Türkiyənin dərmanlarıdır — Rusiya, hətta Çin. Məsələn, B qrupu vitaminlər üçün Çin istehsalı, çəki ilə bağlı müalicədə Danimarka, vitamin kompleksi üçün Türkiyə, bəzi dərman qrupları üçün isə Rusiya istehsalını yaza bilərəm. Yəni burada qiymət önəmli deyil. Bizi pasientin geri dönüşü dəyərləndirir: geri dönüşü və mükəmməl effekti olan dərmanı yazırıq. Pasientə «bu dərmanı heç vaxt dəyişmə» demirik. Amma təyin etdiyimiz dərman özbaşına dəyişdirilərsə, nəticəsizlik halları çox olacaq.
Xalq təbabəti və «təbii» müalicələr həkimin təyinatını əvəz edə bilərmi?
Baxın, tibb sektorunda dərman preparatlarının əksəriyyəti bitkilərdən alınır. Yəni «kimyəvi» dediyimiz maddələrin çoxu bitkilərdən əldə olunur. Amma bunu da düşünək: bitkilərdən təbii yolla ala biləcəyimiz doza çox aşağıdır. Biz xalq təbabətini kənarda saxlamırıq. Amma pasient həkimə müraciət edibsə, deməli, həkimə gələnə qədər kənar vasitələrdən — xalq təbabətindən, Çin təbabətindən və s. — çox istifadə edib və nəticə görmədiyi üçün həkimə gəlib, elə deyilmi? Ona görə həkimin yanaşması və təyinatı çox önəmlidir. Həkim sizə nəsə təyin edibsə, onun altında bir səbəb, bir patoloji vəziyyət, orqanizminizdə bir çatışmazlıq var və həkim onu müalicə etmək istəyir. Ona görə bu cümlə kifayətdir: həkimin təyinatını heç vaxt digər təbabət növləri əvəz edə bilməz.
ChatGPT-dən sağlamlıq məsləhəti almaq olarmı? Niyə həkimə müraciət etmək lazımdır?
Qısa deyim: istənilən xəstəliyi olan insan ChatGPT-yə sual versin. Məsələn, şəkərli diabet xəstəsi istifadə etdiyi dərmanı yazsın: «Bu dərmanı mənə həkim endokrinoloq yazıb, gündə bir tablet içirəm.» ChatGPT yazacaq ki, endokrinoloqunuz təyin edibsə, düzgündür. Ardınca yazsın: «Bu dərmanı içəndə ağrılarım olur, sənin fikrincə, dəyişməliyəmmi?» Deyəcək ki, endokrinoloqa müraciət edin, ola bilsin dərmanı dəyişəcək. Görürsünüz, sürüşkəndir. ChatGPT bu gün üçün «ayağı sürüşkən» bir platformadır və onu düzəldən insanlar da bizik. Mən özüm qəsdən suallar verib yanlış məlumat aldığım, «bu səhvdir, belə olmalıdır» dediyim hallar olub — cavabında «hə, səhvdir, düz deyirsiniz» deyib. Ona görə ChatGPT-yə qəti inanmasınlar. O, istiqamət verir. Məsələn, «boğulmam, təngnəfəsliyim var, zobla bağlı ola bilərmi?» soruşsanız, «ola bilər, endokrinoloqa gedin» deyəcək. Amma bu, mütləq endokrin problem çıxacaq demək deyil. Dərman barədə «bu dərmanı istifadə edimmi?» soruşsanız, çox vaxt avtomatik «bəli» deyəcək — bəlkə də məsuliyyət götürməmək üçün. Amma bu, düz olmaya bilər. ChatGPT doğru məlumat da verəcək, amma bu gün üçün onun verdiyi məlumatların çoxunu pasientlər «50-yə 50» qəbul etsinlər. Belə platformalar hələ inkişaf mərhələsindədir və daha çox baza məlumatlara əsaslanır. ChatGPT-dən endokrinoloji bir xəstəlik barədə PubMed-dən məqalə istəsəniz, göstərəcək. Amma ona «Əlinin boyu 1,75 m-dir, çəkisi 56 kq-dır, bu dərmanları istifadə edir» desəniz, o, Əlinin nə ürəyini, nə böyrəyini, nə də qaraciyərinin vəziyyətini bilir. Həkimin baxdığı qan analizləri də, ultrasəs məlumatları da müəyyən qədər subyektivdir. Həkimin ultrasəs kağızına yazdığı ilə pasientin dediyi fərqli ola bilər, çünki hər şeyi ora yazmırıq — yazsaq, ultrasəs rəyi altı-yeddi səhifə olar; kağızda yalnız baza məlumatlar olur. ChatGPT də ona baxıb «burada ciddi problem yoxdur, nə uroloqa, nə də endokrinoloqa getməyə ehtiyac var» deyə bilər. Onun dəqiqliyinin yüzdə yüz olması üçün eyni xarakterli yüzlərlə, minlərlə xəstənin məlumatı ona ötürülməlidir.
Gəncəbasar (qərb) bölgəsində ən çox hansı endokrin xəstəliklərə rast gəlinir? Pasient bunu necə hiss edə bilər?
Ümumiyyətlə, Gəncə bölgəsində pasientləri müayinə edərkən daha çox rastlaşdığımız problemlər sonsuzluq, uşaqlarda boy qısalığı, həmçinin zob və şəkər problemləridir. Pasientlər bunları çox rahatlıqla hiss edə bilər: - Sonsuzluq. Cütlüyün hamiləlik planı olduğu halda ən azı bir il qorunmadan ailə həyatına baxmayaraq hamiləlik olmursa, bu, sonsuzluq deməkdir. Digər xəstəliklərdən fərqli olaraq, bunu pasient özü rahatlıqla müəyyən edə bilər. - Şəkər xəstəliyi. Spesifik əlamətləri var və hamımız bilirik: ağız quruması, susama, tez-tez sidiyə getmə. - Zob. Zob «populyar» xəstəlikdir. Azərbaycanda regional olaraq bəzi bölgələrdə zobun spesifik növləri var. Gəncə bölgəsində də, pasient sayına əsasən deyirəm, zob xəstəliyi ilə çox rastlaşdıq. Əlamətləri çoxdur: sıxılma, boğulma, darıxma, boğazda zobun və ya düyünlərin görünməsi. Pasient bunlarla rahatlıqla bilə bilər. - Uşaqlarda boy qısalığı. Bu da gözlə görünən faktordur. Valideyn özü deyir: «Doktor, oğlumun və ya qızımın boyu sinifdə ən balacalardandır» və ya «uşaqlardan geri qalır». Valideyn bunu rahatlıqla bilə bilər.
Uşağın boyu nə vaxt narahatlıq yaratmalıdır? Neçə santimetrdən aşağı artım həkimə müraciət üçün səbəbdir?
Burada mövzu belədir: - İllik boy artımı 6 santimetr və ondan yuxarıdırsa, ciddi problem olmur və bu, boy əskikliyi sayılmır. - Minimal götürdüyümüz sərhəd 4 santimetrdir. - Pasienti çox vaxt üç aylıq fasilələrlə izləyirik. Üç ayda 1,5–2 sm artım varsa, qorxmayın. Yəni 4–6 yaşdan sonra illik boy artımı 6 santimetrdən azdırsa, diqqətli olmaq lazımdır. 4 santimetrdən azdırsa, mütləq həkim-endokrinoloqa müraciət edilməlidir. 6 santimetrdən çoxdursa, ciddi problem olmur.
Rayonda yaşayıram. Endokrinoloqa necə tez müraciət edə bilərəm?
Bilirsiniz, müasir dövrdə pasientin həkimə müraciəti üçün çox yol var: sosial media, həkimin saytı, telefon nömrəsi. İlkin mərhələdə hər hansı şikayətiniz varsa, ilk olaraq bu yollarla həkimlə əlaqə saxlayın. Həkim şikayətinizin onun ixtisasına uyğun olduğunu görsə, sizi qəbula dəvət edəcək. Məsələn, endokrinoloqa yazırsınız: «Doktor, məndə boğulma var.» İki-üç əlamətlə biləcəyik ki, bu, endokrin problemdir — zobdur, yoxsa yox. Əlamət buna bağlı deyilsə, onsuz da sizə istiqamət veririk. Ona görə bu gün sosial media və WhatsApp sayəsində pasientin həkimlə əlaqəsi çox rahatdır. İlk müraciəti elə bununla etmək olar.
Məqalələr
- Dərmanlarla bağlı 6 qayda: endokrinoloqun xəbərdarlığı
Başqasına «düşən» dərmanı içmək, şəkər dərmanını özbaşına saxlamaq, arıqlama iynəsi və D vitamini ilə özbaşına müalicə riski.
- Endokrin xəstəliklər tam sağalırmı?
Endokrin-metabolik xəstəliklərdə «tam sağalma» xəstəliyin növündən asılıdır: bəzilərində dərman dayandırılır, bəzilərində ömürlük nəzarət lazımdır.
Həkimin saytından
Bu səhifələr OTX bilik bazasındadır; axtarış və ağıllı asistent onlardan istifadə edir.
Məqalə · Dr. Şirvan Zəkəriyəyev · 09.10.2026
Dərmanlarla bağlı 6 qaydaBaşqasına «düşən» dərmanı içmək, şəkər dərmanını özbaşına saxlamaq, arıqlama iynəsi və D vitamini ilə özbaşına müalicə — endokrinoloqun 6 qaydası.
Məqalə · Dr. Şirvan Zəkəriyəyev · 09.10.2026
Endokrin xəstəliklər tam sağalırmı?Endokrin-metabolik xəstəliklərdə «tam sağalma» xəstəliyin növündən asılıdır: bəzilərində dərman dayandırılır, bəzilərində ömürlük nəzarət lazımdır. Həkim izah edir.
Məqalə · Dr. Şirvan Zəkəriyəyev · 09.10.2026
Endokrinoloji analizlər: TSH, HbA1c, HOMA-IR, prolaktinEndokrinoloqun istədiyi analiz və müayinələr: nə göstərir, necə hazırlaşmalı. TSH, HbA1c, OGTT, HOMA-IR, prolaktin, AMH, kortizol, PTH, D vitamini, USM, densitometriya.
Xəstəlik haqqında · Dr. Şirvan Zəkəriyəyev · 09.10.2026
Artıq çəki, insulin müqaviməti, xolesterinPiylənmə xroniki xəstəlikdir. Artıq çəkinin hormonal və qeyri-hormonal səbəbləri, insulin müqaviməti (HOMA-IR), akantoz, xolesterin və trigliserid — endokrinoloq izah edir.
Xəstəlik haqqında · Dr. Şirvan Zəkəriyəyev · 09.10.2026
Xolesterin və trigliserid yüksəkliyiXolesterin orqanizm üçün vacibdir, amma çox yüksəkliyi damarlar üçün təhlükədir. Trigliserid yüksəkliyi nəyə səbəb olur, necə qorunmalı — endokrinoloq izah edir.
Xəstəlik haqqında · Dr. Şirvan Zəkəriyəyev · 09.10.2026
İnsulin müqaviməti (dirənci): HOMA-IR, əlamətlərİnsulin müqaviməti normal şəkərdə də ola bilər. HOMA-IR necə hesablanır, əlamətlər (akantoz, papillomalar, aclıq), nəticələr və müalicə — endokrinoloq izah edir.
Xəstəlik haqqında · Dr. Şirvan Zəkəriyəyev · 09.10.2026
Piylənmə xəstəlikdir: səbəblər və BKİPiylənmə xroniki xəstəlikdir: genetik, hormonal və həyat tərzi səbəbləri. Bədən kütlə indeksini necə hesablamalı, nə vaxt endokrinoloqa getməli, müalicə yolları.
Xəstəlik haqqında · Dr. Şirvan Zəkəriyəyev · 09.10.2026
Şəkərli diabet: diaqnoz, əlamətlər, müalicəDiabet hansı rəqəmlə təsdiqlənir: ac şəkər ≥126 mq/dl, HbA1c ≥6,5%, OGTT ≥200. Klassik və gizli əlamətlər, prediabet, 1-ci və 2-ci tip — endokrinoloq izah edir.
Videolar
Arıqlama iynələri hər kəsə yazılmır
Piylənmədə arıqlamağa nə mane olur
Hamiləlikdə TSH-ın düşməsi həmişə zəhərli zob deyil
Sızanaq, qaralma, tüklənmə və PMOS
Arıqlama iynələri hansı yaşdan istifadə oluna bilər
Hamiləlikdə zobun izlənməsi niyə vacibdir
Məlumatın mənbəyi
Bu profildəki məlumatlar həkimin rəsmi saytından (endokrinoloqshirvan.az) toplanıb. Son yoxlama: 19.10.2026. Təsdiqlənməyən məlumatı profilə əlavə etmirik.
- endokrinoloqshirvan.az
- endokrinoloqshirvan.az/haqqinda
- endokrinoloqshirvan.az/haqqinda/tehsil-ve-tecrube
- endokrinoloqshirvan.az/elmi-fealiyyet
- endokrinoloqshirvan.az/xidmetler
- endokrinoloqshirvan.az/xestelikler
- endokrinoloqshirvan.az/sual-cavab
- endokrinoloqshirvan.az/bloq
- endokrinoloqshirvan.az/videolar
- cih.az
Profildə səhv görürsünüz? Düzəliş təklif edin.
Digər endokrinoloqlar
