MəqaləŞirvan Zəkəriyəyev · 09.10.2026

Endokrinoloji analizlər: TSH, HbA1c, HOMA-IR, prolaktin | Dr. Şirvan Zəkəriyəyev

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: endokrinoloqshirvan.az/diaqnostika/

Hazırlıq və həkimin qeydləri Ac qarına qan şəkəri ≥8 saat aclıq. ≥126 mq/dl (7 mmol/l) — diabet meyarlarından biridir. Həkimin praktik həddi: 100 mq/dl və yuxarı siqnaldır; 110 mq/dl (6,1 mmol/l) və yuxarıdırsa, özbaşına qərar verməyin, endokrinoloqa müraciət edin. Diabet əlamətləri varsa, ilk addım ac qarına şəkəri yoxlatmaqdır. HbA1c (3 aylıq orta şəkər) Son 3 ayda şəkərin necə nəzarətdə saxlandığı Ac və ya tox olmağın önəmi yoxdur. Prediabet 5,7–6,4%, diabet ≥6,5% (48 mmol/mol). Diabetlilərdə ümumi hədəf çox vaxt <7% olur; hamilələrdə və bəzi qruplarda daha aşağı saxlanılır. Hemoqlobin patologiyası olanlarda test düzgün nəticə verməyə bilər. Həkimin praktik qeydi: 5,5–6% siqnaldır, 6% və yuxarı həkimə müraciət vaxtıdır. Şəkər yükləmə sınağı (OGTT) 2-ci saatda ≥200 mq/dl (11,1 mmol/l) — diabet meyarı. Aclıq insulini və HOMA-IR

8–10 saatlıq aclıqdan sonra alınır. HOMA-IR = ac şəkər (mq/dl) × ac insulin / 405. Həkimin istifadə etdiyi hədd: 2,5-dən yuxarı. Nümunə: şəkər 85 mq/dl (normada), insulin 18 olduqda → 85 × 18 / 405 = 3,8. Yəni ac şəkərin normal olması metabolizmin normal olduğunu göstərmir. İnsulinin normal dəyərləri təxminən 2–25 aralığındadır (laboratoriyadan asılıdır). Hipofizin tiroidi «işləməyə məcbur edən» hormonu Normal aralıq çox vaxt 0,27–4,2-dir, amma laboratoriyaya görə fərqlənir. Yaşa, şikayətlərə və hamiləliyə görə xüsusi hədəf aralıqları var. Yüksək TSH həmişə qalıcı xəstəlik demək deyil — səbəb araşdırılmalıdır. Sərbəst T4 (FT4), sərbəst T3 (FT3) Hipo- və hipertireozun dərəcəsi; yarımkəskin tiroiditdə TSH aşağı, FT4 və FT3 yüksək olur. Tiroiddə autoimmun prosesin markerləri (Haşimoto və s.)

Bir dəfə yüksək çıxıbsa, təkrar-təkrar yoxlanılmır: diaqnozu qoydurur, amma müalicənin gedişatını dəyişdirmir ( video ). Yuxudan durduqdan ən azı 2 saat sonra və stressiz vəziyyətdə alınmalıdır. Normal: kişilərdə təxminən 20 ng/ml-ə, qadınlarda 25 ng/ml-ə qədər (laboratoriyadan asılıdır). Qadınlarda yumurtalıq, kişilərdə testikulyar rezerv Normal dəyərlər çox vaxt 2–5 ng/ml aralığındadır (laboratoriyadan və yaşdan asılıdır). PKOS-da artır, menopauzaya yaxın azalır. Böyrəküstü vəzin «stress hormonu» Artıqlığı (Kuşinq) və ya çatışmazlığı (Addison) şübhəsində xüsusi testlərlə yoxlanılır. GH (boy hormonu), IGF-1 Akromegaliya, boy hormonu çatışmazlığı Lazım olduqda sınaq testləri və hipofizin MRT-si ilə birlikdə. Kalsium, fosfor, PTH, kreatinin Paratiroid və sümük-mineral mübadiləsi Paratiroid adenomunda kalsium və PTH yüksək olur. 25(OH) D vitamini

D vitamininin dozası qan səviyyəsinə görə təyin olunur. Zəhərlənmə şübhəsində kalsium, fosfor və kreatininlə birlikdə yoxlanılır. Xolesterin (LDL, HDL), trigliserid Ürək-damar riski; endokrin səbəblər (tiroid, insulin müqaviməti) nəzərə alınır. B12 vitamini Uzun müddət metformin qəbul edənlərdə vaxtaşırı yoxlanılmalıdır. Tiroid və boyun USM Vəzin strukturu, düyün, kista, limfa düyünləri Bax: Tiroid və boyun ultrasəs müayinəsi Bax: Tiroid İİAB (incəiynəli biopsiya) Düyünün «isti» (aktiv) və ya «soyuq» olması; paratiroid adenomunun yeri Toksik adenomun və paratiroid adenomunun təsdiqində istifadə olunur. Paratiroiddə USM və PTH washout ilə birlikdə. Diaqnoz, dərmana ehtiyacın dəyərləndirilməsi və müalicənin izlənməsi üçün. T-score nəticəsi şikayət və qan analizləri ilə birlikdə dəyərləndirilir. Sol əl biləyi rentgeni (skelet yaşı)

Boyun ləngiməsi, erkən və ya gecikmiş yetkinləşmə şübhəsində. Hər halda rentgen həkim nəzarəti altında çəkilməli və dəyərləndirilməlidir. Prolaktin yüksəkliyi və boy hormonu artıqlığı şübhəsində.