Xəstəlik haqqındaŞirvan Zəkəriyəyev · 09.10.2026

Xolesterin və trigliserid yüksəkliyi | Dr. Şirvan Zəkəriyəyev

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: endokrinoloqshirvan.az/xestelikler/ceki-ve-metabolizm/xolesterin/

Ümumi məlumat

Trigliserid yüksəkliyi nə edir: ürək xəstəliyi riski artır, damarlar tutulur (ateroskleroz); çox yüksək olduqda pankreatit yarana bilər — qəfil, güclü qarın ağrısı (təhlükəli hal); yağlı qaraciyər xəstəliyi — qaraciyər böyüyür və zədələnir; insulin müqaviməti diabetə yol açır; metabolik sindrom yaranır: piylənmə, təzyiq və şəkər problemi bir yerdə. trans yağlardan uzaq durun; tərəvəz və lifli qidalara üstünlük verin; hər gün 30 dəqiqə piyada gəzin; zəruri hallarda mütləq həkimə müraciət edin. Pis vərdişlər, qeyri-sağlam qidalanma və hərəkətsizlik xolesterini normadan çox artırır.

Həkimin praktikasında

xolesterin və trigliserid qiymətləndirilir, ateroskleroz riski nəzərə alınır. Endokrin səbəblər — məsələn, tiroid funksiyası və insulin müqaviməti — nəzərə alınmaqla müalicə planı qurulur.

Sual-cavab

Xeyr. Xolesterin hüceyrə divarları, hormonlar və D vitamini üçün lazımdır. Problem onun çox yüksəkliyidir. Trigliseridim yüksəkdir. Bu nə qədər ciddidir? Trigliserid yüksəkliyi ürək-damar riskini, yağlı qaraciyəri və insulin müqavimətini artırır. Çox yüksək olduqda pankreatit — qəfil güclü qarın ağrısı yarana bilər.