Xəstəlik haqqındaŞirvan Zəkəriyəyev · 09.10.2026
Şəkərli diabet: diaqnoz, əlamətlər, müalicə | Dr. Şirvan Zəkəriyəyev
Diaqnoz meyarları
Ac qarına qan şəkəri (≥8 saat aclıq) ≥126 mq/dl (7 mmol/l) Günün istənilən vaxtı + diabet əlamətləri (çox su içmə, gecə sidiyə çıxma, ağız quruluğu və s.) ≥200 mq/dl (11,1 mmol/l) Şəkər yükləmə sınağı (OGTT), 2-ci saat ≥200 mq/dl (11,1 mmol/l) HbA1c ≥6,5% (48 mmol/mol)
Ümumi məlumat
1-ci tip diabet — insulin çatışmazlığı; 2-ci tip diabet və ondan əvvəlki mərhələ — prediabet; Adı oxşasa da, şəkərsiz diabet (diabetes insipidus) başqa, hormonal mənşəli xəstəlikdir; bu hal üçün də endokrinoloqa müraciət edilir. susuzluq, ağız quruluğu, çox su içmək; gecə tez-tez sidiyə getmək; arıqlama və ya səbəbsiz kökəlmə; dəri qaşınması, dəridə xroniki (çox vaxt göbələk) infeksiyalar; Klassik olmayan əlamətlər. Həkimin qeydi: «Şəkər hər zaman klassik şikayətlərlə başlamaya bilər.» Bu əlamətlər də şəkərdən xəbər verə bilər: dəri quruluğu, dəridə çatlar, yaraların sağalmaması; Az tanınan əlamətlər (həkimin yazısından): Dəri dəyişiklikləri: akantoz nigrikans (boyun, qoltuqaltı və qasıqda tündləşmiş, qalınlaşmış dəri); necrobiosis lipoidica (əsasən ayaqlarda qəhvəyi-qırmızı, nazik və parlaq lövhələr); çox quru, qaşınan dəri.
Ağız problemləri: daimi ağız quruluğu; gizli diş əti infeksiyaları; meyvə iyi verən nəfəs — xüsusilə diabetik ketoasidozda, təcili hal. Sinir və əzələ problemləri: qol və ayaqlarda iynələnmə və ya yanma hissi (diabetik neyropatiyanın erkən əlaməti); səhərlər barmaqların sərtliyi (diabetik əl sindromu); gözlərdə ani bulanıqlıq. Hiss dəyişiklikləri: qoxu və dad dəyişiklikləri — şirin və ya metal dadı. Davranış dəyişiklikləri: səbəbsiz əsəbilik, depressiya; səhərlər şiddətli baş ağrısı (gecə hipoqlikemiyası zamanı). Risk faktorları: genetik meyl (birinci dərəcəli qohumda — ana, ata, bacı, qardaşda diabet), hərəkətsizlik, artıq çəki, insulin müqaviməti.
Ağırlaşmalar. Şəkər qısa müddətdə gözlə görünən dəyişiklik yaratmadığı üçün pasientdə yalançı rahatlıq yaradır. Uzun müddətdə ürək-damar, beyin, göz, ayaq, əl və böyrəklərdə ciddi fəsadlara gətirib çıxara bilər. Həkimin sözü ilə: «Bu günün yüksək rəqəmləri bəzən bir müddət sonra ağırlaşmalarla özünü büruzə verə bilər. Norma həmişə normadır.»
Həkimin praktikasında
müalicə yanaşması → Şəkərli diabetin müalicəsi və izlənməsi. Həkimin müşahidəsi: «Şəkər xəstəliyi, siz onu özünüzə yaxınlaşdırmadıqca nə təhlükəli, nə də dözülməzdir.»
Mövzular
Prediabet və 2-ci tip Ac qarına şəkər 100 mq/dl-dən yuxarıdırsa siqnaldır, 110-dan yuxarıdırsa endokrinoloqa müraciət edin. Prediabet, 2-ci tip diabet… 1-ci tip diabet 1-ci tip diabetdə əsas müalicə insulindir: heç bir həb və ya sosial mediada reklam olunan preparat onu əvəz etmir. Endokrinoloq… Hipoqlikemiya Hipoqlikemiya — şəkərin 70 mq/dl-dən aşağı düşməsi. Əlamətlər, ilk yardım (15–20 q şəkər), glukaqon. Çox aşağı şəkər yüksək… Diabetin ağırlaşmaları Diabetik neyropatiyanın müalicəsində əsas şərt şəkərin stabil olmasıdır. Diabetik ayaq, metformin və B12, diabetdə hədəf təzyiq…