Xəstəlik haqqındaŞirvan Zəkəriyəyev · 09.10.2026
Akromegaliya və boy hormonu (GH) | Dr. Şirvan Zəkəriyəyev
Ümumi məlumat
Akromegaliya. Boy hormonunun artıq ifrazı nəticəsində əl, ayaq, burun, çənə, alın və daxili orqanların qeyri-mütənasib böyüməsidir. Ciddi xəstəlikdir; vaxtında həkim müayinəsi və müalicəyə başlanması vacibdir. Əlamətlər: üzük və ayaqqabı ölçüsünün böyümək dövrü bitdikdən sonra artması, çənənin və dilin böyüməsi, üz cizgilərinin kobudlaşması, baş ağrıları, tez-tez tərləmə, bədənin çox yağlanması. Yanaşı yaranan problemlər: qan şəkərinin artması (diabet), xolesterin pozğunluğu, təngnəfəslik, boğulma, ürək-damar xəstəlikləri, arterial təzyiqin yüksəlməsi. Giqantizm. Uşaqlıqda boy hormonu artıq olduqda uşağın boyu yaşıdlarından çox yüksək olur. Diaqnoz. Şikayətlər və anamnez, laborator testlər (GH, IGF-1, sınaq testləri) və hipofizin görüntülənməsi (MRT, KT). Artıqlıqda əsas üsul cərrahi əməliyyatdır. Əməliyyat effektli olmadıqda radioterapiya və dərman müalicəsi təyin olunur.
Çatışmazlıqda boy hormonu əvəz edilir: hormon günün müəyyən saatında inyeksiya şəklində vurulur. Hipofizin rolu. Həkimin ifadəsi ilə: «Hipofiz bədənimizin kiçik, amma güclü rəhbəridir. Hormonları ifraz edərək böyümədən enerji balansına qədər hər şeyi tənzimləyir… Kiçik ölçüsünə baxmayaraq təsiri böyükdür — bədənimizin idarə mərkəzidir.»
Sual-cavab
Akromegaliyadan şübhələnirəm. Nə etməliyəm? Üzük və ayaqqabı ölçünüz böyüyübsə, çənə və üz cizgiləri dəyişibsə, baş ağrısı və tərləmə varsa, endokrinoloji müayinədən keçin. Diaqnoz GH, IGF-1 analizləri və hipofiz MRT-si ilə dəqiqləşdirilir.