Xəstəlik haqqındaŞirvan Zəkəriyəyev · 09.10.2026

Yarımkəskin tiroidit (ağrılı zob) və digər tiroiditlər | Dr. Şirvan Zəkəriyəyev

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: endokrinoloqshirvan.az/xestelikler/tiroid/tiroiditler/

Ümumi məlumat

Kəskin tiroidit. Çox zaman bakteriyalar törədir. Erkən müalicəyə başlanarsa tam sağalmaqla yekunlaşır. Əlamətləri: qızdırma, boyun nahiyəsində ağrı. Yarımkəskin tiroidit. Viruslar tərəfindən törədilir. Vaxtında və düzgün müalicə edilməzsə, sağalmaya və ya təkrarlana bilər. Əlamətləri: boğazda ağrı; ağrının yer dəyişməsi; ağrının qulağa, çənəyə, ənsəyə yayılması; şikayətlərdən əvvəl çox vaxt boğaz ağrısı, qızdırma kimi yuxarı tənəffüs yolu infeksiyası; boğaza toxunanda ağrının artması — pasient çox vaxt boynuna əl vurmağa belə imkan vermir; az miqdarda çəki itkisi (2–5 kq); subfebril qızdırma (37–37,5 °C); qadınlarda aybaşı düzənsizliyi; saç tökülməsi, dırnaq zədələnməsi. Xroniki tiroidit. Orqanizmin öz hüceyrələrinə hücumu nəticəsində yaranır və müxtəlif formaları var. Onlardan biri Haşimoto tiroiditidir. Əlamətləri hipotireozda olduğu kimidir → Hipotireoz (tənbəl zob) və Haşimoto.

Həkimin praktikasında

bir pasientdə müayinədə yarımkəskin tiroiditdən şübhələnilib və analizlər bunu təsdiqləyib: EÇS və CRP yüksək, TSH aşağı, sərbəst T4 və T3 yüksək; HbA1c mülayim yüksək. Uyğun müalicə təyin edilib və pasient kontrol müayinəyə çağırılıb.

Sual-cavab

Boğazda ağrı tiroidlə bağlı ola bilərmi? Bəli. Boğaz nahiyəsində ağrı hər zaman sadə səbəbdən olmaya bilər. Udma zamanı hiss olunan, boyunda gərginliklə və ya halsızlıq və hormonal dəyişikliklərlə müşayiət olunan ağrı tiroidin funksional pozuntusu ilə bağlı ola bilər. Yarımkəskin tiroiditdə ağrı qulağa və çənəyə yayılır. Belə ağrı mütləq həkim nəzarəti tələb edir.