XidmətŞirvan Zəkəriyəyev · 09.10.2026
Tiroid USM (qalxanabənzər vəzi ultrasəsi) | Dr. Şirvan Zəkəriyəyev
Həkimin praktikasında
Dəqiqlik. «Tiroid ultrasəs müayinəsi dəqiq və çox informativ müayinə üsuludur. Düzgün müayinə ilə tiroid vəzinin struktur dəyişikliyinə yerində dəqiq diaqnoz qoymağa kömək edir.» Düyünün ölçüsü əsas meyar deyil. «Tiroid vəzidəki düyünün ölçüsü biopsiya və ya digər prosedurlar üçün artıq çox da önəmli deyil. Ultrasəs ilə düyünü diaqnostika edən həkimin düzgün rəyi ən önəmli məsələdir.» Boyun USM. «Boyun ultrasəs müayinəsi çox həssas müayinədir və mütləqdir ki, tam əhatəli olsun.» Bir halda uzun illərdir boyunun sol tərəfində olan, diaqnostikası aparılmayan şişkinliyin tiroiddən qaynaqlanan limfa düyünü olduğu boyun USM-i ilə aşkarlanıb. Ektopik tiroid. Tiroid toxumasının normal yerindən kənarda yerləşməsi diaqnozu əksər halda sadə USM ilə qoyula bilir.
Düzgün müayinə yanlış müalicədən qoruyur. Bir pasientə başqa yerdə tiroidin hər iki payında «çoxlu düyün» deyilmiş, biopsiya və əməliyyat tövsiyə olunubmuş. Təkrar müayinədə düyün olmadığı izah olunub və müalicəyə başlanılıb. Başqa bir pasient biopsiya üçün gəlib: biopsiyaya ehtiyac olmadığı, görüntünün müalicəsiz qalmış xəstəlikdən qaynaqlandığı izah olunub və müalicə başlanıb.
USM rəyində nələrə baxılır
Həkimin sadaladığı şübhəli əlamətlər düyünün kəskin hipoexogen olması; kənarlarının nahamar (girintili-çıxıntılı) olması və ya sərhədinin izlənməməsi; hündürlüyünün (qalınlığının) enindən böyük olması; Belə əlamətlər olduqda biopsiya qərarı verilə bilər → Tiroid İİAB (incəiynəli biopsiya)
TIRADS
ultrasəs görüntüsünə görə düyünləri risk qruplarına bölən sistemdir; yüksək kateqoriyalar biopsiyaya ehtiyacı göstərir. Həkimin paylaşımlarında TIRADS-5 və EU-TIRADS-5 kimi dəyərləndirilən düyünlərin biopsiyası təsvir olunur.
Sual-cavab
Ultrasəs rəyimdə «düyün» yazılıb. Bu təhlükəlidirmi? Tiroiddə tapılan düyünlərin təqribən 90–95%-i xoşxassəlidir. Düyünün xarakterini USM-i aparan endokrinoloq qiymətləndirir. Yalnız şübhəli görünən düyünlərə biopsiya tövsiyə olunur.