MəqaləLalə Dustiyeva · 09.10.2026

Uşağın ayağı üçün təkrar müayinə niyə vacibdir?

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: saglamaddim.az/blog/tekrar-muayine-niye-vacibdir/

Bu gün normal görünən ayaqda bir neçə aydan sonra yük fərqli paylana, duruş və ya yeriş problemi yarana bilər. Uşaq bədəni «dünənki kimi» qalmır: dəyişir, böyüyür və nəzarət istəyir.

Təkrar müayinə nə verir?

ayağın inkişafını izləməyə imkan yaradır; gizli problemləri erkən mərhələdə üzə çıxarır; sonradan yarana biləcək diz, bel və onurğa şikayətlərinin qarşısını almağa kömək edir; lazım gələrsə, müalicəni vaxtında dəyişməyə imkan verir: supinator kiçilir, forması uşağın ayağına uyğun gəlməyə bilər. Nə vaxt? Supinator istifadə edən uşaqda ilk nəzarət çox vaxt 6 aydan sonra olur, sonrakılar fərdi planlaşdırılır. Uşağın yerişində, ayaq formasında dəyişiklik görsəniz və ya uşaq tez yorulursa, növbəti nəzarəti gözləmədən müraciət edin. Növbəni qoruyun: qəbula yazılıb gələ bilməyəcəksinizsə, xəbər verin ki, həmin vaxt başqa uşağa verilsin. Bu məqalə maarifləndirmə məqsədi daşıyır və müayinəni əvəz etmir. Tibbi xəbərdarlıq

Digər məqalələr

D vitamini və uşağın sümük-əzələ inkişafı D vitamini sümüklərin möhkəmlənməsi üçün vacibdir. Sağlam onurğa üçün gündəlik vərdişlər Fiziki aktivlik, düzgün oturuş, çantanın daşınması, yuxu vəziyyəti və qidalanma: uşaq və böyüklərdə onurğa sağlamlığını dəstəkləyən sadə vərdişlər. Ortopedik ayaqqabı hər uşağa lazımdırmı? Sağlam uşağa ortopedik ayaqqabı lazım deyil.