Sual-cavabLalə Dustiyeva
Uşaqda ayaq və duruş: valideynlər üçün bələdçi
Yaşa görə nə gözləmək olar?
Çox vaxt normal olan 0–2 yaş Ayaq tağı görünmür; O-vari ayaqlar Bir tərəfli və ya artan əyrilik; yeriməyə gec başlama 2–4 yaş Elastik yastıpəncəlik; X-vari ayaqlar (3–4 yaşda ən çox); qarnın önə çıxması Ağrı, axsama, tez-tez yıxılma, asimmetriya 5–8 yaş Ayaq tağı formalaşır; X-vari görünüş azalır Ağrılı və ya sərt yastıpəncəlik; 7–8 yaşdan sonra davam edən əyrilik 10 yaş və yuxarı (böyümə dövrü) Çiyin, kürək sümüyü və çanaq asimmetriyası (skolioz şübhəsi); kürəyin önə əyilməsi
Nə vaxt müayinəyə yazılmaq lazımdır?
uşaq gəzəndə tez yorulur, qucağa istəyir, gəzməkdən qaçır; tez-tez yıxılır, ayağı burxulur; ayaqqabının bir tərəfi tez yeyilir; ayaqda, dizdə və ya beldə ağrıdan şikayət edir; çiyinlərdə, kürək sümüklərində və ya çanaqda asimmetriya görürsünüz; yerişində fərqlilik hiss edirsiniz.
Gündəlik vərdişlər
Ayaqqabı. Sağlam uşağa ortopedik ayaqqabı lazım deyil. Keyfiyyətli, ölçüsünə uyğun, arxası bərk, altı elastik ayaqqabı kifayətdir. Uşaq ayaqqabısı seçərkən 10 qayda Oturuş. Uşağı müxtəlif oturuş vəziyyətlərinə həvəsləndirin, məsələn bardaş qurub oturmağa. W-oturuşu haqqında: W-oturuşu: valideynlər nəyə diqqət etməlidir? Hərəkət. Mütəmadi fiziki aktivlik əzələləri gücləndirir. Üzgüçülük, yoqa və pilates kimi məşğələlər onurğanı dəstəkləyən əzələlər üçün faydalıdır. Çanta. Məktəb çantasını iki çiyində daşımaq və mümkün qədər yüngül saxlamaq lazımdır. Ekran qarşısında. Uzun müddət əyilib oturmaqdan çəkinmək, fasilələr vermək, ekranı göz səviyyəsinə qaldırmaq. Yuxu. Bədəni bərabər dəstəkləyən rahat döşək. Yan yatanda dizlərin arasına yastıq qoymaq onurğanı düz saxlamağa kömək edir.
Qidalanma. Kalsium və D vitamini ilə zəngin qidalar sümük və əzələ inkişafını dəstəkləyir. D vitamini qəbulu barədə qərarı həkim verir. D vitamini və uşağın sümük-əzələ inkişafı Təkrar müayinə. Uşaq böyüdükcə ayaq dəyişir. Supinator istifadə edən uşaq mütəmadi nəzarətə gəlməlidir. Təkrar müayinə niyə vacibdir?
Tez-tez soruşulan suallar
Uşağın ayağını neçə yaşda müayinə etdirmək lazımdır? Şikayət yoxdursa, xüsusi yaş həddi yoxdur. Tez yorulma, ağrı, tez-tez yıxılma, asimmetriya olduqda və ya yastıpəncəlik 4–5 yaşdan sonra şikayətlə davam edirsə, ayaq müayinəsi tövsiyə olunur. Uşağın ayaqqabısında hazır supinator olmalıdırmı? Sağlam uşaq üçün lazım deyil. İçlik ehtiyacı yalnız müayinədən sonra müəyyən olunur. Ehtiyac olduqda isə fərdi seçilmiş içlik istifadə edilir. Bu səhifədəki məlumat maarifləndirmə məqsədi daşıyır və mütəxəssis müayinəsini əvəz etmir. Tibbi xəbərdarlıq
Əlaqəli səhifələr
Uşaq ayaqqabısı seçərkən 10 qayda Uşaq üçün ayaqqabı seçərkən material, arxa hissə, altlıq, burun, ölçü və daban hündürlüyü. W-oturuşu: valideynlər nəyə diqqət etməlidir? Uşağın ayaqlarını yana açıb W formasında oturması nə vaxt narahatlıq yaradır, hansı hallarda müayinə lazımdır və alternativ oturuşlar. Skoliozun erkən əlamətləri: evdə nəyə baxmaq olar? Çiyin, kürək sümüyü və çanaq asimmetriyası, önə əyilmə testi: skoliozdan nə vaxt şübhələnmək və müayinəyə yazılmaq lazımdır. Yastıpəncəlik Yastıpəncəlik nədir, elastik və sərt forması, uşaqlarda nə vaxt normaldır, hansı əlamətlərdə müayinə lazımdır.