XidmətLalə Dustiyeva
Yeriş və duruşun qiymətləndirilməsi — uşaq və böyüklər | Bakı
Yerişdə nəyə baxılır?
dabanın yerə toxunması və addımın ayaq ucuna keçməsi; pəncənin içə (pronasiya) və ya çölə (supinasiya) həddindən artıq basması; ayaq barmaqlarının içə və ya çölə dönməsi; sağ və sol addımların simmetriyası, tarazlıq; Bəzi uşaqlarda deformasiya hərəkətdə dəyişir. Mərkəzin nümunələrindən birində ayaq dayanarkən bir cür, yeriyərkən isə daha çox içə basırdı. Ona görə ayaq həm statik, həm dinamik vəziyyətdə yoxlanılır.
Duruşda nəyə baxılır?
Öndən və arxadan: çiyinlərin səviyyəsi, kürək sümüklərinin vəziyyəti, bel xəttinin (bel ilə qol arasındakı boşluğun) simmetriyası, çanağın hündürlüyü. Yandan: başın önə çıxması, kürəyin yuvarlaqlaşması (kifoz), belin həddindən artıq içə batması (lordoz), qarnın önə çıxması. Önə əyilmə testi: uşaq önə əyiləndə kürəyin bir tərəfinin qabarıq görünməsi skolioza şübhə yaradır. Ayaq uzunluğu: ayaqlar arasında uzunluq fərqi çanağın və onurğanın vəziyyətinə təsir edə bilər.
Nəticə nə üçün lazımdır?
Qiymətləndirmə supinator, ortez və MBT haqqında qərar vermək üçün əsas olur. Skolioz şübhəsində rentgen və ortoped rəyi tövsiyə edilir.
Tez-tez soruşulan suallar
Duruş pozğunluğu ilə skolioz eyni şeydirmi? Xeyr. Duruş (qamət) pozulması çox vaxt vərdiş və əzələ balansı ilə bağlı funksional dəyişiklikdir və bədən düzəldiləndə azalır. Skolioz isə onurğanın struktur əyriliyidir. Diaqnozu rentgen təsdiqləyir: Cobb bucağı 10°-dən böyük olmalıdır. Yeriş analizi kimlərə lazımdır? Tez yorulan, tez-tez yıxılan, ayağı içə və ya çölə basan uşaqlara; ayaqqabısı qeyri-bərabər yeyilənlərə; ayaq, diz və ya bel ağrısının səbəbi aydınlaşdırılan böyüklərə. Nevroloji xəstəliklərdə ortez seçimi üçün də yeriş qiymətləndirilir. Bu səhifədəki məlumat maarifləndirmə məqsədi daşıyır və mütəxəssis müayinəsini əvəz etmir. Tibbi xəbərdarlıq
Əlaqəli səhifələr
Podiatrik ayaq müayinəsi Podiatr müayinəsində ayağın quruluşu, yerə basma, yeriş, diz, çanaq və onurğa qiymətləndirilir. Skolioz Skolioz nədir, növləri, evdə hansı əlamətlərə baxmaq olar, Cobb bucağı və dərəcələr, müşahidə, məşq, korset və cərrahiyyə. X-vari və O-vari ayaqlar Genu valgum (X-vari) və genu varum (O-vari) ayaqlar: yaşa görə normal inkişaf, narahatlıq əlamətləri, D vitamini və Sağlam Addımda qiymətləndirmə. Ayaq biomexanikası Ayağın quruluşu, ayaq tağları, pronasiya və supinasiya, yeriş tsikli və ayaq ilə diz, çanaq, onurğa arasındakı əlaqə.